Əmanətlərdə dollarlaşma azalıb
2019-cu ilin Mart ayının sonu ilə müqayisədə Aprel ayında banklarda fiziki şəxslərin əmanətləri 375,9 milyon manat artaraq 8 milyard 715 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin Fevral ayı ilə müqayisədə Mart ayında banklarda fiziki şəxslərin (əhalinin) əmanətləri 125,1 milyon manat artmışdı.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Mart ayının sonu ilə müqayisədə Apreldə milli valyutadakı əmanətlər 323,6 milyon manat artaraq 3 milyard 621 milyon manata, xarici valyutadakı əmanətlər isə 52,2 milyon manat artarq 5 milyard 93,9 milyon manata çatıb.
Aprelin sonunda cəmi əmanətlərin 41,5%-i milli valyutada, 58,5%-i xarici valyutada olub.
Mart ayının sonunda fiziki şəxslərin 8 milyard 339,1 milyon manat cəmi əmanətlərinin 3 milyard 297,4 milyon manatı və ya 39,54%-i milli valyutada, 5 milyard 41,7 milyon manatı va ya 60,46%-i xarici valyutada idi.
Maliyyə Bazarlarına Nəzarət Paltasının aylıq statistikasına görə, 30 Aprel 2019-cu il tarixinə banklarda fiziki şəxslərin depozitləri (əsasən əhalinin əmanətləri) 8 milyard 625 milyon manat təşkil edib. Mart ayının sonu ilə müqayisədə Apreldə fiziki şəxslərin depozitləri 371 milyon manat və ya 4,5% artıb. Martın sonunda fiziki şəxslərin banklarda 8 milyard 254 milyon manat depozitləri var idi. Apreldəki artım banklara müddətli depozit yerləşdirilməsi ilə bağlı deyil. Tələbli depozitlərdəki artım cəmi depozitlərin artmasına təsir göstərib.
Belə ki, depozitlər müddətli və tələbli depozitlərdən ibarətdir. Apreldə müddətli depozitlər cəmi 4 milyon manat, tələbli depozitlər isə 367 milyon manat artıb. 30 Aprel 2019-cu il tarixində müddətli depozitlər 5 milyard 470 milyon manat, tələbli depozitlər isə 3 milyard 156 milyon manat təşkil edib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri tələbli depozitlərə daxil edilir. Fərdi sahibkarların depozitləri Martın sonundakı 85,6 milyon manatdan 89,8 milyon manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin sonunda fiziki şəxslərin depozitləri 8 milyard 270 milyon manat, o cümlədən müddətli depozitlər 5 milyard 479 milyon manat,tələbli depozitlər 2 milyard 791 milyon manat təşkil etmişdi. Ötən ilin sonu ilə müqayisədə ilk 4 ayda müddətli depozitlər 7 milyon manat azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
4 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























