Unibankın dəstəyi ilə forum keçirilib
(®) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Unibankın dəstəyi və PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ümumtəhsil müəssisələrində psixoloji böhran və ona yanaşma metodları" adlı I Milli Forum keçirilib.
200-ə yaxın təhsil işçisinin iştirak etdiyi forumda, orta məktəblərdə psixoloji böhran halları zamanı çıxış yolları və məktəblilərə psixoloji dəstək istiqamətində məruzələr olunub. Məktəblərdə psixoloji böhran halı, böhran zamanı şagirdlərin reaksiyaları, uşaq və yeniyetmələrdə böhranın qiymətləndirilməsi, psixoloji böhran zamanı məktəbin idarə olunması ilə bağlı mütəxəssis çıxışları maraqla qarşılanıb. Foruma qatılanlar məktəblərdə hansı halların şagirdlər üçün psixoloji böhran olduğu, belə hallarda şagirdlərdə hansı davranışların və duyğuların müşahidə oluna biləcəyi, ümumi olaraq bu hallar yaşanıldıqdan sonra məktəb kollektivinin gələcəkdə hansı işləri görməli olduqları haqda suallara cavab tapıblar. Təhsil işçiləri bu mövzularda öz fikirlərini bölüşüblər, məktəbdə şagirdlərin qarşılaşdıqları real psioxoloji böhran halları nümunəsində mütəxəssislərin çıxış yolları ilə bağlı tövsiyyələrini dinləyiblər.
Sonda tədbirdə iştirak edən müəllim və psixoloqlara sertifikatlar təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 d. əvvəl
-
-
14 d. əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 30 d. əvvəl
-
42 d. əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
-
9 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
20 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çində ticarət profisiti rekord səviyyəyə yüksəlib
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Martın 10-da gözlənilən hava şəraiti
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb






















