Banklar aktivlərindən necə istifadə edirlər? - CƏDVƏL
Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I rübünü 123,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 29 milyard 846,9 milyon manat məbləğində aktivlərin 0,4%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 21 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 1,5%-ni təşkil edib. Xatırladaq ki, ABB aktivlərinin məbləğinə görə də ölkədə liderdir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Kapital Bank" ASC tutub. Bu bank ötən rüb aktivlərinin 1,3%-i qədər mənfəət əldə edib. Bu arada, "Kapital Bank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 3-cü yerdə qərarlaşıb.
Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 1%-lik göstərici ilə "Bank VTB Azərbaycan" ASC sahib olub. Baxmayaraq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 28-cidir.
Mənfəətlə işləyən qalan 18 bankda isə sözügedən göstərici 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın rüblük mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 | Azərbaycan Beynəlxalq Bankı | 1,5% |
2 | Kapital Bank | 1,3% |
3 | Bank VTB Azərbaycan | 1,0% |
4 | Unibank | 0,9% |
5 | PAŞA Bank | 0,8% |
6 | Nikoyl Bank | 0,7% |
7 | Naxçıvan Bank | 0,6% |
8 | Premium Bank | 0,5% |
9 | Rabitəbank | 0,5% |
10 | Azərbaycan Sənaye Bankı | 0,4% |
11 | Express Bank | 0,4% |
12 | Yapı Kredi Bank Azərbaycan | 0,4% |
13 | Zıraat Bank Azərbaycan | 0,4% |
14 | Xalq Bank | 0,3% |
15 | Günay Bank | 0,2% |
16 | Azər-Türk Bank | 0,1% |
17 | Bank Respublika | 0,1% |
18 | AFB Bank | 0,0% |
19 | Atabank | 0,0% |
20 | Bank Avrasiya | 0,0% |
21 | Turan Bank | 0,0% |
22 | AGBank | -0,1% |
23 | NBC Bank | -0,2% |
24 | Amrah Bank | -0,8% |
25 | Bank of Baku | -2,9% |
26 | Bank BTB | -0,9% |
27 | Pakistan Milli Bankı - Bakı | -1,1% |
28 | Muğan Bank | -2,5% |
29 | İran Milli Bankı - Bakı | -8,3% |
30 | Access Bank | -9,3% |
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Renkinq
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























