Qlobal neft hasilatı Mayda azalıb
Qlobal neft hasilatı mayda aprel ayı ilə müqayisədə gündəlik 100 min barrel azalma ilə 99 milyon 500 min barrelə enib
Beynəlxalq Enerji Agentliyinin aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı mayda gündəlik 230 min barrel azalma ilə 29 milyon 950 min barel olub.
"Marja" hesabata istinadən xəbər verir ki, xam neft xaricindəki digər OPEC hasilatı isə sutkada 5 milyon 580 min barrel təşkil edib. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 35 milyon 530 min barel təşkil edib.
Mayda OPEC çərçivəsində İraq, Anqola və Küveytdəki istehsal artımı, İran və Venesueladakı ciddi azalmanı bərabərləşdirib.
İraqda gündəlik hasilat 130 min barel, Anqolada 40 min və Küveytdə gündəlik hasilat 20 min barel artıb. İraqda hasilat gündəlik 4 milyon 780 min, Anqolada 1 milyon 450 min barrelə qalxıb. Küveytdə hasilat də gündəlik 2 milyon 710 min barel olub.
Hesabata görə, ötən ay OPEC daxilində ən çox istehsal azalması İran və Səudiyyə Ərəbistanında baş verib. İranın gündəlik neft hasilatı 210 min barrel azalaraq 2 milyon 400 min barelə, Səudiyyə Ərəbistanının gündəlik hasilatı da 110 min barel azalma ilə 9 milyon 700 min barrelə enib.
OPEC-ə üzv olmayanölkələrin neft hasilatı isə 130 min barel artımla gündəlik 63 milyon 970 min barel olub.
Beləliklə, qlobal neft hasilatı mayda əvvəlki ayla müqayisədə gündəlik 100 min barrel azalaraq 99 milyon 500 min barel olub.
2019-DA TƏLƏB ARTACAQ
Hesabata görə, qlobal neft tələbinin bu il gündəlik orta hesabla 1 milyon 200 min barel artımla 100 milyon 300 min barrelə yüksələcəyi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
- 9 d. əvvəl
- 18 d. əvvəl
- 22 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Dövlət KSM-i: strateji funksiyadan ictimai etimada qədər
Rəsmi məzənnələr açıqlandı
"Uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib" - MÜSAHİBƏ
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Ən çox oxunanlar
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb






.jpg)
.jpg)









.jpg)

