Sahibkarlar Konfederasiyasının daha 3 ölkə üzrə nümayəndəsi təyin edilib
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Bosniya və Herseqovina Federasiyası, Serbiya, Monteneqro respublikaları üzrə nümayəndəsi təyin edilib.
ASK-nın Dayanıqlı İnkişaf və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Fuad Hümbətovun sözlərinə görə, xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması istiqamətində fəaliyyəti çərçivəsində, Azərbaycan ilə Bosniya və Herseqovina Federasiyası, Serbiya və Monteneqro arasında qurulan uğurlu dostluq əlaqələrini, azərbaycanlı sahibkarlar tərəfindən bu ölkələrin iqtisadiyyatına qoyulan investisiyanın həcminin gündən-günə artdığını nəzərə alaraq, ASK-nın bu ölkələrdə nümayəndəsi vəzifəsinə Azərbaycan Respublikasının vətəndaşı Seyran Mirzəzadə təyin olunub. Beləliklə də Konfederasiyanın xarici ölkələrdəki nümayəndələrinin sayı 18-ə çatıb.
Bosniya və Herseqovina Federasiyası, Serbiya, Monteneqro respublikaları üzrə nümayəndəsi bu ölkələrdə sahibkarlarımız üçün tərəfdaşların axtarılıb tapılmasında, xarici ölkələrdə investisiya imkanlarının araşdırılmasında, marketinq təhlili və müvafiq məlumat təchizatında iştirak edəcək.
S. Mirzəzadə həmçinin nümayəndə kimi sahibkarlığın inkişafı ilə əlaqədar müvafiq təklif, hesabat və proqramlar da hazırlayacaq.
Qeyd edək ki, Seyran Mirzəzadə 2001-ci ildən 2016-cı ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.
Eyni zamanda, S. Mirzəzadə 2016-cı ildən etibarən Monteneqroda təsis edilmiş Azərbaycan - Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzinin (http://www.azcec.me/az/) direktoru vəzifəsini icra edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 d. əvvəl
-
- 18 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
18 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
Ən çox oxunanlar
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI

















