30 000 AZN-dək nağd pul kreditləri!
Expressbank milli valyutada 30 000 AZN - dək nağd pul kreditləri təklif edir. Kreditə girov qismində dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış sahəsi çıxış edə bilər.
İllik faiz dərəcəsi 22% - dən başlayan əmlak girovlu kreditlər müştərilərə 36 ayadək müddətə təklif olunur. Məhsulun xüsusi üstünlüyü ondan ibarətdir ki, 15 000 AZN - dək kreditlərdə gəlirləri təsdiq edən rəsmi sənəd də tələb olunmur. Müştərilər bu vəsaiti ev təmiri, avtomobil alınması və digər iri ehtiyaclarının ödənilməsinə sərf edə bilərlər.
Xatırladaq ki, Expressbank müxtəlif istiqamətlərdə kredit məhsulları təklif edir. Belə ki, əmlak girovlu kreditlərindən əlavə özəl və dövlət sektorunda çalışan işçilər üçün nağd pul istehlak kreditləri, mikro kreditlər, Smilecard taksit kartı, Expresso kredit kartı və s. məhsullar mövcuddur.
Müştərilərinin məmnuniyyətini daim gündəmdə saxlayan Expressbank həmçinin kreditərin rahat ödəmə vasitələrini də təqdim edir. ExpressPay ödəniş terminalları, ExpressPay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
20 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
4 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
5 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb



















