Azərbaycandakı Türkiyə bankının xalis mənfəəti 60 faizə yaxın artıb
Türkiyə kapitallı “Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin birinci yarısını (yanvar-iyun) 1 milyon 803 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, bank ötən ilin birinci yarısını 1 milyon 137 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən ilin birinci yarısı ilə müqayisədə “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 58,5% artıb. Xalis mənfəətin artması Bankın ötən ilin eyni dövrü ilə müqayisədə ehtiyatlara daha az vəsait ayırması ilə bağlıdır.
FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin ilk 6 ayında “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 10 milyon 666 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 981 min manat, qeyri - faiz gəlirləri 1 milyon 684 min manat təşkil edib. Ötən ilin eyni dövründə bankın cəmi gəlirləri 8 milyon 552 min manat, o cümlədən faiz gəlirləri 5 milyon 981 min manat, qeyri-faiz gəlirləri 2 milyon 571 min manat təşkil etmişdi.
2019-cu ilin 1-ci yarısında 10 milyon 666 min manat cəmi gəlirlərə qarşı cəmi xərclər 8 milyon 819 min manat təşkil edib. Nəticədə 1 milyon 846 min manat mənfəət formalaşıb. Bank mənfəətdən 43 min manat mənfəət vergisi ödəyib.
2018-ci ilin 1-ci yarısında 8 milyon 552 min manat cəmi gəlirə qarşı cəmi xərclər 7 milyon 177 min manat təşkil etmişdi. Nəticədə 1 milyon 374 min manat mənfəət yaranmış və bu mənfəətdən 237 min manat mənfəət vergisi ödənilmişdi.
“Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti isə 3 milyon 26 min manatdan 2 milyon 396 min manata düşüb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2019-cu il tarixində "Ziraat Bank Azərbaycan" 194 milyon 159 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 121 milyon 116 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.
30 İyun 2018-ci il tarixində "Ziraat Bank Azərbaycan" 229 milyon 867 min manat cəmi aktivlərə (o cümlədən 89 milyon 562 min manatı müştərilərə verilmiş kreditlər) malik idi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























