Beynəlxalq Bankda yüksək vəzifəyə yeni təyinat

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.
“Marja”nın əldə etdiyi məlumata görə, Taleh Tahirli “Azərbaycan Beynəlxalq Bankı”nda (ABB) İdarə Heyəti sədrinin müavini, Baş Transformasiya inzibatçısı (Chief Transformation Officer) təyin edilib.
Taleh Tahirlinin rəhbərliyə gətirilməsi ilə ABB-də İdarə Heyəti sədri müavinlərinin sayı 5-ə çatıb.
Məlumat üçün qeyd edək ki,Taleh Tahirli Bakı Mühəndislik Universitetini bitirdikdən sonra ali təhsilini İsveçdə universitetdə və biznes məktəbində davam etdirib. Təhsil aldığı dövrdə tanınmış şirkətlərin layihələrində çalışıb. 5 il İsveç həyatından sonra vətənə geri dönüb. Azərbaycanda iş həyatına “Unibank”da başlayıb. Bu bankda işlədiyi 11 il ərzində İdarə Heyətinin üzvü, Pərakəndə xidmətlər və Marketinq üzrə baş direktor vəzifəsinədək yüksəlmişdi. O, 2018-ci May ayında öz ideasını reallaşdırmaq üçün bankda karyerasını dayandıraraq sahibkarlıq fəaliyyətinə başlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
17 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
17 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
17 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 18 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
