Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir!
(®) Dünyada baş verən texnoloji yenilikləri və trendləri izləyən Hesab.az növbəti yeniliyini istifadəçilərinə təqdim edib.
Yeniliyə əsasən, artıq istifadəçilər Hesab.az-da elektrik enerjisinin istehlakına görə borclarını QR kod ilə ödəniş edərək həyata keçirə biləcəklər.
Ödəniş aparmaq üçün sadəcə abunəçiyə təqdim olunan qəbzin üzərindəki QR kodu Hesab.az mobil tətbiqi vasitəsilə skan etmək kifayət edir ki, ödəniş dərhal həyata keçirilsin.
Linkə daxil olaraq ödəniş prosesi ilə bağlı məlumatlandırıcı videoya baxa bilərsiniz. Video sizə QR kod ilə Hesab.az mobil tətbiqində necə ödəniş etməyi mərhələli şəkildə izah edəcək.
Qeyd edək ki, hazırda Hesab.az mobil tətbiqi vasitəsiylə QR barkod ilə ödənişləri Bakının 4 parkingində tətbiq olunur. Xidmət "28 Mall", "Gənclik Mall" ticarət mərkəzlərinin, həmçinin "Garage" və "Port Baku"nun parkinqlərində mövcuddur.
Hesab.az yaxın gələcəkdə QR ödəniş sistemini paytaxtın digər avtomobil parkinqlərində, eləcə də kiçik və orta biznesdə istifadə olunan ödənişlərdə tətbiq etməyi planlaşdırır.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti “GoldenPay” 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 37 d. əvvəl
-
- 50 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























