Yeni Mazda CX-5 – İndi premium komplektasiyada satışda!
(®) Mazda-nın Azərbaycandakı rəsmi distribüteri Mazda Azərbaycan Mazda CX-5-i yeni premium komplektasiyada təqdim edir. Sevilən model indi zənginləşdirilmiş funksiyaları və daha şıq salonu ilə qarşınızdadır.
Dizaynında daima insan-avtomobil vəhdətini üstün tutan Mazda CX-5-in premium komplektasiyasındakı əlavələr bu vəhdəti daha da gücləndirməyə xidmət edir. İnteryerdə ilk nəzərə çarpan dəyişiklik ağac işləmələr və Nappa dəri örtük kimi lüks toxunuşlardır. Eyni zamanda içindən havalandırma funksiyası ilə oturacaqların komfortu artırılıb. Sürücünün ətrafında toplanmış bir sıra intellektual yeniliklər isə arxayın idarəetməni təmin edir. 8” displeylə yanaşı, mühüm məlumatları ön şüşədə əks etdirən Head-Up Display sayəsində sürücü gözünü yoldan ayırmadan hər şeyə nəzarət edə bilir. 3600 dairəvi görünüş kamerası isə innovativ təhlükəsizlik texnologiyalarını tamamlayan yenilikdir.
Daha zəngin komplektasiyada təqdim edilən yeni Mazda CX-5-lə ətraflı tanışlıq üçün Mazda-nın Azərbaycandakı rəsmi distribüteri ilə əlaqə saxlaya bilərsiniz.
Mazda Avtomobil Mərkəzi
Bakı-Sumqayıt şossesi 6-cı km
Tel: (012) 349 01 00
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)
