BP ən məhsuldar neft sahəsindən çıxır
BP ABŞ-ın ən məhsuldar neft sahəsindən çıxır
Alyaskada 50 ildən artıq fəaliyyət göstərən BP, bu ştatdakı bütün paylarını 5,6 milyard dollara satmaq üçün razılaşıb
Böyük Britaniyanın neft və təbii qaz nəhəngi BP, ABŞ-ın Alyaska ştatında yerləşən və ölkənin ən məhsuldar neft məkanı kimi tanınan "Prudhoe Bay"dan çıxacağını açıqlayıb.
"Marja"nın məlumatına görə, BP-dən bildiriblər ki, "Prudhoe Bay" daxil olmaqla, şirkətin Alyaska ştatındakı bütün paylarını ümumilikdə 5,6 milyard dollara Amerikanın "Hilcorp Energy Company" şirkətinə satmaq üçün razılaşıb.
BP Alyaskada 1959-da fəaliyyətə başlayıb və 1968-də ilk neft quyusunu açıb.
BP-nin ştatın şimal sahilində yerləşən "Prudhoe Bay"da 26 faiz payı olduğu qeyd edilən açıqlamada, 1977-ci ildən bu günə qədər 13 milyard barrel neft hasil edilən "Prudhoe Bay"ın ABŞ tarixindəki ən məhsuldar neft sahəsi olduğu vurğulanıb.
Açıqlamada fikirlərinə yer verilən BP-nin İcraçı direktoru Bob Dadli, şirkətin yarım əsrdən çoxdur ki, Alyaskada fəaliyyət göstərdiyini qeyd edərək, BP-nin uzunmüddətli strategiyası çərçivəsində ABŞ və dünyanın digər bölgələrindəki layihələrə fokuslanacağını bildirib.
ABŞ-da 3 ildə 20 milyard dollar investisiya
"Prudhoe Bay"da 26%-lik payına əlavə olaraq 1970-ci illərdə çəkilişinə kömək göstərdiyi 1200 kilometrlik Trans Alyaska Neft Boru Xəttində 49% payı olan BP-nin, Alyaskada bir çox neft və qaz sahəsi və boru kəmərlərində də payı var.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Alyaska ştatındakı günlük orta neft hasilatı 74 min barrel olan BP, ABŞ-ın Meksika körfəzindəki açıq dəniz fəaliyyətləri daxil olmaqla ölkə daxilində gündəlik orta hesabla 921 min barel neft hasil edir.
BP-nin son 3 ildə ABŞ-a ümumi investisiyası 20 milyard dolları keçib, şirkət bu ölkədə 3 zavod, 2 neft-kimya kompleksi və 7 mindən çox yanacaq stansiyası işlədir.
Alyaskanın ən böyük özəl neft və təbii qaz şirkəti olan "Hilcorp Energy Company"nin isə bu əyalətdəki günlük orta neft hasilatı 75 min barel təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)





