"Dövlət müəssisələri götürdükləri borcları ödəyə bilmirlər, sonda büdcə hesabına ödənilir"
Xarici valyutada aparılan əməliyyatların həcminin 2019-cu il üzrə proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 15,9%-ni təşkil etmişdir.
“Marja”nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, 2015-ci ildə dövlət büdcəsindən təkcə dövlət borcuna xidmətlə bağlı xərclər 704,4 milyon manat təşkil etmişdirsə, 2018-ci ildə bu məbləğ 2 milyard 235,6 milyon manata bərabər olmuş, başqa sözlə, 3 il ərzində dövlət borcuna xidmətlər bağlı xərclər 3,2 dəfə artmışdır.
“Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılması ilə bağlı məlumatlar dövlət müəssisələri üzrə 2019-2024-cü illər üzrə dövlət büdcəsinə 2 milyard 960,8 milyon manat həcmində vəsait ödəniləcəyinin nəzərdə tutulduğunu göstərir. Son illər üzrə bu sahədə müşahidə olunan meyillər dövlət müəssisələrinin həm dövlət zəmanəti ilə, həm də zəmanət olmadan götürdükləri borc öhdəliklərini ödəyə bilməməsi hallarının daha çox müşahidə olunduğunu, son nəticədə bu öhdəliklərin bu və digər yollarla dövlət büdcəsi hesabına ödənildiyini göstərir”.
Təqdim olunan məlumatlara əsasən 2019-cu ildə Dövlət İnvestisiya Proqramının icrasını təmin etmək məqsədilə müxtəlif maliyyə mənbələri hesabına ümumilikdə 6 milyard 261,6 milyon manat vəsait nəzərdə tutulmuş, 2019-cu ilin I yarımilliyində cəmi 2 milyard 195,4 milyon manat (35,1%) vəsait istifadə olunmuşdur. Bu göstərici son illərin müvafiq göstəricilərindən aşağıdır.
Gülməmmədov qeyd edib ki, 2019-cu ildə texniki-iqtisadi əsaslandırmaların, layihə-smeta sənədlərin hazırlanması, məsləhətçi şirkətlərin, investisiya layihələrinin qiymətləndirilməsi və monitorinqi üçün ekspertlərin cəlb edilməsi məqsədilə 10 milyon manat nəzərdə tutulmuş, bu vəsaitdən 86,7 min manat (0,9%) maliyyələşmə aparılmışdır. Ayrılmış vəsaitin 8,9 milyon manatının bölgüsü aparılaraq bir sıra sifarişçi təşkilatlar tərəfindən məsləhətçi şirkətlərinin cəlb edilməsi və layihə-smeta sənədlərinin hazırlanmasına yönəldilməsi nəzərdə tutulur. 2019-cu ilin I yarımilliyi ərzində bir sıra yeni layihələrə vəsait ayrılıb Dövlət İnvestisiya Proqramına daxil edilsə də, bu layihələr üzrə texnikiiqtisadi əsaslandırma sənədlərinin hazırlanması üçün vəsait nəzərdə tutulmamışdır. Əksər layihələr üzrə 01.07.2019- cu il tarixə icra faizinin aşağı olması ilə yanaşı 755,6 milyon manat dəyərində bir sıra layihələr üzrə ümumiyyətlə maliyyələşmə aparılmamışdır. Qeyd olunanlarla yanaşı, 2019-cu ilin I yarımilliyində 67 sərəncamla dürüstləşmələr aparılaraq müvafiq bölgü və yerdəyişmələr həyata keçirilmişdir
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























