“Marcom” məşhur ictimai nəqliyyat şirkətinin saytı üzrə işləri yekunlaşdırıb
Azərbaycanda bazar iştirakçılarının maarifləndirilməsi və şəffaflığın təmin olunması istiqamətində çalışan “Marcom” Marketinq və Kommunikasiya şirkəti, “Xaliq Faiqoğlu” şirkəti ilə iş birliyinin birinci mərhələsini yekunlaşdırıb. Şirkət, ictimai nəqliyyat sektorunun liderlərindən olan Xaliq Faiqoğlu şirkətinin rəsmi veb platforması üzrə yenilənmə işlərini bitirib.
“Marcom” şirkətinin icraçı direktorunun sözlərinə görə veb sayt üzrə işlərin birinci mərhələsi uğurla tamamlanmışdır:
“Bu layihə bizim üçün çox önəmlidir. Layihənin icrası zamanı Bakı kart sisteminin təqdim etdiyi məlumatlardan maksimum şəkildə faydalanmağa çalışmışıq. Düzdür, bir çox əlavə üstünlükləri yaratmaq istəsək də, indiki mərhələdə onların reallaşması tərəflərdən asılı olmayan texniki səbəblərə görə həyata keçirmək mümkün olmadı. Lakin yaxın gələcəkdə bu məsələyə bir daha qayıtmağı planlaşdırırıq. Növbəti mərhələdə saytın moneterezasiyası, xarici turistlər üçün faydalı ola biləcək istiqamətləri və SEO Optimizasiya üzrə işlərin görülməsinə start verməyi planlaşdırırıq”.
“Xaliq Faiqoğlu” şirkətinin icraçı direktoru Xaliq Seyidov görülmüş işlərlə bağlı fikir bildirərək söyləmişdir:
“Marcom şirkəti olan iş birliyimizi yüksək qiymətləndiririk. Şadam ki, layihənin ərsəyə gəlməsi üzrə işlərdə bizə dəstək olmaqla yanaşı, işin texniki tərəfi ilə bağlı da yardımçı oldular. Bəli, bu bir başlanğıcdır və növbəti mərhələdə biz texniki imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Marcom şirkətinin nəqliyyat sektoru üzrə təqdim etdiyi həll və moneterezasiya yolları bizim üçün çox cəlbedicidir. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq”.
Qeyd edək ki, “Marcom” şirkəti bir müddət əvvəl kiçik və orta biznes sahiblərinin marketinq sahəsində maarifləndirməsi üzrə Konsultasiya xidmətini istifadəyə vermişdir. SAFA Holding şirkətlər qrupuna daxil olan sərnişindaşıma şirkəti olan “Xaliq Faiqoğlu”nun internet resursları daha əvvəl safa.az saytı ilə məhdudlaşırdı.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
18 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























