“SƏBA” 2018-i mənfəətlə bağlayıb, bu ildən biznes modelini dəyişib
Broyler cücələrinin sənaye üsulu ilə yetişdirilməsi, kəsimi və broyler ətinin satışı, yem bitkilərinin və onun toxumlarının becərilməsi və satışı, süd məhsullarının istehsalı və satışı ilə məşğul olan “SƏBA” ASC 2019-cu il üzrə yarımillik maliyyə göstəricilərini açıqlayıb.
“Marja” ASC-nin yarımillik hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “SƏBA”nın satışdan gəlirləri 36 milyon 837 min manat təşkil edib.
Cari ilin ilk 6 ayında, sair əməliyyat gəliri daxil cəmi gəlirlər 37 milyon 38 min manat, cəmi xərclər isə 40 milyon 305 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən “SƏBA” ötən ili 3 milyon 267 min manat xalis zərər ilə bağlayıb.
30 İyun 2019-cu il tarixində “SƏBA” ASC 75 milyon 123 min manat cəmi aktivlərə, 39 milyon 581 min manat cəmi kapitala və 35 milyon 542 min manat öhdəliklərə malik olub. Cəmi kapitalın 8 milyon 793 min manatını nizamanmə kapitalı, 11 milyon 717 min manatını emissiya gəliri, 19 milyon 71 min manatını bölüşdürülməmiş mənfəət təşkil edib.
"İLİN SONUNA MƏNFƏƏT PLANLAŞDIRILIR"
"SƏBA" illik hesabatında qeyd edib ki, bu ildən başlayaraq "SƏBA" konsolidasiya edilmiş maliyyə nəticələrini dərc edir:
"Bu, bütün törəmə şirkətlərin ("SƏBA", "Qarabağ Taxıl", "Qarabağ Toxum", "Biləsuvar Aqro") konsolidasiya edilmiş hesabatını nəzərdə tutur. Şirkətin biznes modelinin dəyişilməsi ilə əlaqədər 2019-cu ilin ilk altı aylıq nəticələri proqnozlaşdırılmış zərərə uyğundur, hansı ki, ilin nəticələrinə görə mənfəət planlaşdırılır. Bu il üçün şirkətin əsas məqsədi maliyyə ilini böyük mənfəət ilə başa çatdırmaq deyil, gələcək illərin uğurunu təmin etmək üçün, daha çox yeni biznes modelini tamamlamaqdır. Xatırlatmaq istərdik ki, 2018-ci ilin sonuna şirkətin konsolidə olunmuş mənfəəti 5 milyon 866 min 991 manat təşkil edib".
2019-cu ilin iln 6 ayı ərzində "SƏBA" ASC-nin işçilərinin sayı 264 nəfər artaraq 886 nəfərə çatıb.
TÖRƏMƏ ŞİRKƏTİNİ LƏĞV ETMİŞDİ
Bu il "SƏBA"nın törəmə şirkəti olan “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv edilib və balansı “Səba”ya ötürülüb.
Törəmə şirkətin ləğvinə səbəblər olaraq, “SƏBA” ASC-nin fəaliyyətinin genişləndirilməsi, daha dəqiq hədəflərin müəyyənləşdirilməsi, vahid mühasibatlığa keçilməsi, idarəetmənin effektivliyinin və gəlirliliyin artırılması göstərilmişdi.
HƏMÇİNİN OXU: İri ət məhsulları şirkətinin ləğv edilməsi səbəbləri açıqlandı
"SƏBA" ASC 21 (onlardan 19-u fiziki, 2-si hüquqi şəxsdir) məxsusdur. Quliyev Hidayət Məhiyyəddin oğlu (37.31%), "Bakı İnvestment Company” MMC (37.3101%) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC (25%) 3 böyük səhmdardır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
-
1 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
3 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)




.jpg)







.jpg)





