"ADB Azərbaycanda üzən günəş stansiyaları layihəsinə vəsait ayıra bilər"
Əgər hökümət buna maraq göstərsə, Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda üzən günəş stansiyaları ilə bağlı iri layihə üçün vəsait ayırmaq məsələsini araşdıra bilər.
ADB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovun fikrincə, Azərbaycan regionda bu kimi yenilikçi texnologiyalar tətbiq edən ilk ölkəyə çevrilə bilər.
“Layihənin həyata keçirilən pilot variantı səmərəli olsa, gələn il layihənin daha irimiqyaslı variantı üçün xarici sərmayələr cəlb etməyə dair hərtərəfli müzakirələr başlayacaq”, – deyən ADB nümayəndəsi pilot layihə üçün qrantı ötən ilin avqust ayında ayırdıqlarını, həmin qrantı Azərbaycanla yanaşı, Əfqanıstan və Qırğız Respublikasının da aldıqlarını qeyd edib:
“Azərbaycanda pilot layihə cədvələ uyğun icra olunur. Yaxın vaxtlarda ADB missiyasının səfəri gözlənilir. Səfər çərçivəsində layihənin icra vəziyəti ilə tanışlıq keçiriləcək, növbəti, o cümlədən hökumətin qərarı zəruri olan məsələlərə dair addımlar müəyyənləşdiriləcək”.
Qeyd edək ki, günəş stansiyalarıının üzən panellərinin Böyükşor gölündə yerləşdirilməsini nəzərdə tutan “Üzən günəş paneli sistemlərinin inkişafına dair texniki dəstək və bilik mübadiləsi” layihəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənərək ADB-nin dəstəyilə Energetika Nazirliyi tərəfindən icra olunur.
Layihə çərçivəsində Böyükşorda hərəsi 100 kVt gücündə üç fotovoltaj sistemi quraşdırılacaq. ADB tərəfindən 17 avqust 2018-ci il tarixində təsdiq olunmuş “Floating Solar Energy Development” adlı layihə üç ölkədə üzən günəş stansiyaları yaratmaq üçün texniki dəstəyi nəzərdə tutur.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























