Futbol tarixində milyard avro səviyyəsini keçən ilk klub oldu
Milyard avroluq ilk heyət "Manchester City"də
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropanın 5 böyük liqası kimi qiymətləndirilən İspaniyanın (La Liqa), Böyük Britaniyanın, (Premier Liqa) Almaniyanın, (Bundesliqa) İtaliyanın və (Seriya A) Fransanın (Lig 1) ən yüksək futbol liqalarında 98 klubu əhatə edən bir hesabat hazırlayıb.
"Marja" xəbər verir ki, hesabata görə, son 2 ilin Premier Liqa çempionu "Manchester City" heyətindəki oyunçulara görə indiyədək ən çox bonus servis ödəyən kulubdur. "Manchester City" xərclədiyi 1 milyard 14 milyon avro ilə futbol tarixində milyard avro səviyyəsini keçən ilk klub olub.
Futbolda bonus servis, futbolçunun bir başqa komandaya transfer edilməsi üçün ödənən pula deyilir.
Bu yay transferə 168 milyon avro xərcləyən "Manchester City", baş məşqçi Pep Guardiolanın vəzifəsinə başladığı 2016-ci ilin yayından bu yana 750 milyon avrodan çox bonus servis ödəyib.
222 milyon avro ilə tarixin ən yüksək bonus servisini alan futbolçusu Neymarı tərkibində saxlayan "Paris Sen-Jermen" 913 milyon avro bonsu servis xərcləri ilə 2-ci yeri tutub.
Avropanın 5 böyük liqasında, heyətindəki oyunçular üçün ən çox bonus servis xərcləmiş 10 futbol klubu:
1. Manchester City (İngiltərə): 1 milyard 14 milyon avro
2. Paris Saint-Germain (Fransa): 913 milyon avro
3. Real Madrid (İspaniya): 902 milyon avro
4. Manchester United (İngiltərə): 751 milyon avro
5. Juventus (İtaliya): 719 milyon avro
6. Barcelona (İspaniya): 697 milyon avro
7. Liverpool (İngiltərə): 639 milyon avro
8. Chelsea (İngiltərə): 561 milyon avro
9. Atletico Madrid (İspaniya): 550 milyon avro
10. Arsenal (İngiltərə): 498 milyon avro
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























