Nizamnamə kapitalından ən yaxşı və ən pis istifadə edən banklar - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I yarısını 433,4 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il iyulun 1-nə malik olduqları 4 milyard 788 milyon 282 min manat məbləğində nizamnamə kapitalının 9,05%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-iyun aylarından mənfəətlə çıxmış 24 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 61,1%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" kapitalının məbləğinə görə, Azərbaycanda 25-ci bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bank ötən yarım ildə nizamnamə kapitalının 49,7%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "Unibank" kapitalının məbləğinə görə, 30 bank arasında ölkədə 9-cudur.
Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 10,5%-lik göstərici ilə "Kapital Bank" ASC sahib olub. Baxmayaraq ki, "Kapital Bank" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 7-cidir.
Mənfəətlə işləyən qalan 21 bankdan 3-də sözügedən göstərici 10-25% arasında, 14 bankda 1-10% arasında, 4 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın yarım illik mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Bank of Baku | 61,1% |
2 | Unibank | 49,7% |
3 | Kapital Bank | 32,4% |
4 | Azərbaycan Beynəlxalq Bankı | 24,2% |
5 | Bank Respublika | 17,5% |
6 | PAŞA Bank | 15,5% |
7 | Azərbaycan Sənaye Bankı | 8,6% |
8 | Premium Bank | 7,5% |
9 | Yapı Kredi Bank Azərbaycan | 6,1% |
10 | Bank Avrasiya | 5,3% |
11 | Rabitəbank | 4,8% |
12 | Xalq Bank | 4,3% |
13 | Zıraat Bank Azərbaycan | 3,6% |
14 | Naxçıvan Bank | 3,3% |
15 | AFB Bank | 2,4% |
16 | Express Bank | 2,3% |
17 | Azər-Türk Bank | 1,5% |
18 | Bank VTB Azərbaycan | 1,5% |
19 | Bank BTB | 1,3% |
20 | Günay Bank | 1,2% |
21 | Nikoyl Bank | 0,8% |
22 | NBC Bank | 0,3% |
23 | Turan Bank | 0,2% |
24 | Atabank | 0,1% |
25 | AGBank | -0,9% |
26 | Pakistan Milli Bankı - Bakı | -2,7% |
27 | Muğan Bank | -10,3% |
28 | Amrah Bank | -13,2% |
29 | İran Milli Bankı - Bakı | -23,0% |
30 | Access Bank | -33,4% |
| Orta hesabla | 9,1% |
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Renkinq
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















