"İşbazlar formalaşıb"
Dövlət Gömrük Komitəsi (DGK) kölgə iqtisadiyyatına qarşı mübarizə ilə bağlı bir neçə istiqamətdə mübarizə aparır.
Bunu bu gün Bakıda keçirilən “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransda “Gömrük xidmətində islahatlar şəffaflığın təmin edilməsinə və könüllü riayət mədəniyyətinin formalaşmasına xidmət edir” mövzusu ilə çıxış edən DGK-nin sədri Səfər Mehdiyev söyləyib.
S. Mehdiyev deyib ki, ölkəyə idxal olunan və ölkədən ixrac olunan məhsulların insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir: “Sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin qeydiyyatı tam avtomatlaşdırılıb. Bununla da qeydiyyatsız malların ölkəyə girişinə qadağa qoyulub”.
DGK-nin sədri onu da nəzərə çatdırıb ki, risklərin dəyərləndirilməsi və baş verə biləcək risklərin qiymətləndirilməsi də kölgə iqtisadiyyatına qarşı mübarizə üçün seçilən istiqamətlərindən biridir: “Bu halda qaçaqmalçılıqla bağlı mübarizəyə xüsusi diqqət yetirilir. Digər tərəfdən, xüsusi imtiyaz verilmiş şəxslər tərəfindən kommersiya məqsədi üçün nəzərdə tutulmadığı adı altında belə fəaliyyətlə məşğul olan işbazlar formalaşıb. Bu işbazlarla da mübarizə aparılır ”.
S. Mehdiyev qeyd edib ki, tranzit zamanı dövlətlər arasında onlayn məlumat mübadiləsi sisteminin yaradılması da vacibdir: “Aparılan islahatların nəticəsi bizi sevindirir. Keçən il Dövlət Gömrük Komitəsi 1 mlrd. manatdan artıq vəsaitini büdcəyə köçürüb. Bu il də dövlət büdcəsinə əlavə 500 mln. manat vəsaitin köçürülməsi nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinə 1,3 mlrd. manat köçürməsi nəzərdə tutulsa da, bu vəsaitin 1,8 mlrd. manat olması gözlənilir”.
S. Mehdiyev bildirib ki, “Doing Business” hesabatında Azərbaycanda bir nəqliyyat vasitəsinin ölkəyə keçildi üçün 17-18 saat göstərilir: “Bu o deməkdir ki, bütün keçid məntəqələri nəzərə alınsa, ölkəyə gün ərzində 100 nəqliyyat vasitəsi buraxılır. Bu, absurddur”.
S. Mehdiyev qeyd edib ki, “Yaşıl dəhliz” sistemi sahibkar-məmur ünsiyyətini minimuma endirib: “Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik. Əgər hər hansı malı alarkən onun çekini almırıqsa, kölgə iqtisadiyyatına şərait yaratmış oluruq”.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























