"Neft obyektlərinə edilən hücumlara görə İran günahkardır"
ABŞ-ın Xarici işlər naziri Mike Pompeo, Səudiyyə Ərəbistandakı iki neft kompleksinə edilən hücuma görə birbaşa İranı günahlandırıb.
"Marja" xəbər verir ki, Pompeo "Twitter" hesabından verdiyi açıqlamada, İran Prezidenti Həsən Ruhani ilə xarici işlər naziri Cavad Zərifin diplomatiya aparırmış kimi davrandıqlarını, Tehranın Səudiyyə Ərəbistanına 100-ə yaxın hücumun arxasında olduğunu qeyd edib.
Pompeo, "Bütün təzyiqi azaltmaq çağırışları arasında İran indi dünyanın enerji təminatına misli görünməmiş bir hücum başladıb. Hücumların Yəməndən gəldiyinə dair bir dəlil yoxdur", - ifadələrini istifadə edib.
Bütün ölkələri İranın hücumlarını ictimaiyyətə açıq və dəqiq bir şəkildə pisləməyə çağıran Pompeo, Tehranın hucuma görə məsul olduğunu təmin etmək üçün tərəfdaşları və müttəfiqləri ilə birlikdə çalışacaqlarını qeyd edib.
ABŞ Prezidenti Donald Tramp da hücumdan sonra Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə telefonla danışaraq hücumu pisləmiş, ölkəsinin Səudiyyə Ərəbistanının təhlükəsizlik və sabitliyini dəstəkləyən hər bir məsələdə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus 2 obyektə şənbə günü yerli vaxtla saat 04.00-də insansız hava vasitəsilə (silahlı dron) hücum edilməsi nəticəsində yanğın baş verib.
Husilər etdikləri yazılı açıqlamada, hücumu 10 dron ilə özlərinin hazırladıqlarını bildiriblər.
Yəməndəki İranın dəstəklədiyi Husilər, son zamanlar dronlar ilə Səudiyyə Ərəbistanının bəzi bölgələrini hədəf alırlar.
Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə, Husilər ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi hökumətə bağlı qüvvələr arasında qarşıdurmalar baş verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 7 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb






.jpg)









.jpg)




