Fed faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankının (Fed) sentyabr iclası başa çatıb.
“Marja” xəbər verir ki, iclasda faizlərin 25 bənd azaldılaraq 2% - 2,25% aralığından 1,75% - 2% aralığına endirilməsiniə qərar verilib. İqtisadçılar və investorlar da faizin 25 bənd azaldılacağını gözləyirdilər.
Fed İyul iclasında da faizləri 25 bənd azaldaraq 2,25% - 2,50% aralığından 2% - 2,25% aralığına endirmişdi.
Eyni zamanda, rezerv artığına tətbiq edilən faiz nisbəti (IOER) də 2.10%-dən 1.80% səviyyəsinə endirilib. Proqnoz 1.8% idi.
7 Fed rəsmisi bu il daha bir dəfə də faiz endirimi gözləyir.
İnflyasiyanın 2%-dən aşağı qalmaqda davam etdiyi qeyd olunan Fed-in qərar mətnində, əmək bazarının güclü və işsizliyin aşağı qalmaqda davam etdiyi bildirilib. İstehlakçı xərclərinin güclü, investisiya və ixracın isə zəif olduğuna diqqət çəkilib.
25 bəndlik faiz endirimi ehtimalı öncədən qiymətlərdə və məzənnələrdə əks olunmuşdu. İndi nəzərlər ilin qalan hissəsi üçün veriləcək mesajlarda olacaqdır. Saat 22:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır. Onun verəcəyi mesajlar indekslərdə, səhm qiymətlərində və valyuta məzənnələrində dalğalanmalara səbəb ola bilər.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Fed-in faiz qərarından sonra Dollar indeksi və Avro/Dollar məzənnəsi çox dəyişmədi. Avro/Dollar məzənnəsi 1.1066 səviyyəsindən 1.1031 səviyyəsinə düşüb (Bakı vaxtı ilə saat 10:22-yə olan məlumat).
Fed sədri Cerom Pauel İyul iclasının ardından keçirdiyi mətbuat konfransında faiz endiriminin faiz endirimi dövrünün başlanğıcı olmadığını, ancaq faiz endirimlərinin davam edə biləcəyini söyləmişdi.
Faiz qərarına kimlər qarşı çıxdı?
Fed mətninə görə, faizlərin 1.75% - 2.00% aralığına endirilməsinə qarşı çıxan adlar Sankt- Luis Fed sədri James Bullard, Kanzas Sity Fed sədri Esther L. George və Boston Fed sədri Eric S. Rosengren olub.
Bullard 50 bənd faiz endirimini seçim edərkən, George və Rosengren 2.00% - 2.25% aralığında qalmasına səs verib.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




























