Deputat özəl tibb sektorunda assosiasiyanın yaradılmasını təklif edib
"Özəl tibb sektorunda assosiasiyanın yaradılması çox vacibdir".
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər"mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, müxtəlif sahələr üzrə assosiasiyalar var: "Amma özəl tibb sektorunda çalışan həkimləri koordinasiya edən, onların ümumi maraqlarını, problemlərini müzakirə edən, cəmiyyətə, dövlət orqanlarına çatdıran qurum yoxdur. Belə bir assosiasiyanın olması gələcəkdə bu sistemin daha geniş inkişaf etməsinə şərait yaradacaq".
Sədr müavini Azərbaycanda tibbi turizminin də birtərəfli inkişaf etməsindən təəssüfləndiyini bildirib: "Çünki tibbi turizmlə məşğul olanlar Azərbaycandan qonşu ölkələrə xəstə axını təşkil edir. Ona görə də Azərbaycana da İrandan, Gürcüstandan, Türkiyədən, Dağıstandan xəstə insanların müalicəyə gəlməsi üçün normal sistem qurulmalıdır. Vətəndaşlarımızı xaricə göndərməklə tibbi turizm sahəsində uğur qazana bilmərik".
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
4 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
4 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
12 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)
.jpg)








.jpg)









