“Səba" məşhur Avropa şirkəti ilə birgə toxumçuluq şirkəti yaradır

Avropanın toxumçuluq şirkəti "BC Institute" və Azərbaycanın “Səba” şirkəti birgə "SERRA Toxum" şirkətinin yaradılması barədə razılığa gəliblər.
“Səba” şirkətinin ictimaiyyətlə əlaqələr bölməsindən "Marja"ya bildirilib ki, 2019-cu il əkin ilinə qoyulmuş investisiyada yeni bir sahənin xüsusi payı var:
“Biz bu il yeni bir addım atıb, ölkədə ilk dəfə olaraq, hibrid qarğıdalı və orijinal soya toxumu yetişdirilməsinə başladıq. Avropanın toxumçuluq üzrə məşhur araşdırma "BC Institute" şirkəti ilə birgə müəsissənin - "SERRA Toxum"u yaratmağa qərar verdik. Azərbaycanda ilk dəfə olaraq, hibrid toxum əldə etmək məqsədilə "BC Institute" şirkətindən alınan “ana” və “ata” qarğıdalı sortlarının toxumlarını sınaq üçün "Səba"-nın Kürdəmir ərazisindəki sahələrində əkmişik. Hazırda həmin sahələrdə biçin davam edir və yaxın günlərdə ilk hibrid toxumlarımızı əldə edəcəyik. Tək özümüz üçün deyil, ölkəmizin iqtisadi qüdrəti üçün qoyduğumuz bu investisiya idxalı əvəzləmək və bu məhsulların ixracına nail olmaqla, gələcək illərdə yüksək mənfəət vəd edir”- “Səba”-da bu fikirdədirlər.
Ötən həftə Zaqreb şəhərində "BC Institute" şirkətinin baş ofisində olan “Səba” rəhbərliyi və nümayəndələri bu şirkətlə birgə "SERRA Toxum" şirkətinin yaradılması barədə razılığa gəliblər. “Səba”-nın Azərbaycanda hibrid toxum emalı müəssisəsinin əsasını qoymaq istəyini tərəfdaşlar müsbət qarşılayıb və lazımi dəstək verəcəklərini bildiriblər.
“Səba” şirkəti yeni sahə ilə yanaşı, ənənəvi əkin mövsümündən də yüksək məhsuldarlıq gözləyir.
“Bilirsiniz ki, biz 2012-ci ildən - əkinçiliyə başladığımız vaxtdan bəri ötən müddətdə 2018-ci ildə istədiyimiz kimi yüksək məhsuldarlığa nail olmuşuq. Bu il – 2019-cu ildən də gözləntimiz böyükdür. Biçini başa çatmış bəzi bitkilərdə əldə etdiyimiz məhsuldarlıq bizə bunu söyləməyə imkan verir” - "Səba"dan deyiblər.
Əkinçiliklə “Səba” ASC-nin əkinçilik müəssisələri Beyləqan, Ağcabədi, Füzuli, Ağsu, Kürdəmir rayonlarında şirkətə məxsus 10 min hektar sahədə növbəli şəkildə buğda, arpa, qarğıdalı, soya, şəkər çuğunduru becərir. Əkin sahələrindən şirkət hələlik 15 min tondan artıq dən qarğıdalı, 3 min tondan artıq arpa, 3 min tona yaxin buğda yığıb. Əldə edilən buğdanın min tonu toxumluqdur. Qarğıdalı yığımı davam edir. Silos qarğıdalı və soya biçininə isə yenicə başlanıb. Şirkətdən verilən məlumata görə, Səba sahələrində bu il də şəkər çuğunduru əkilib.
“Ölkənin ilk özəl pilot taxılçılıq təsərrüfatı olmağımız bizi bu sahədə həmişə yeniliklər etmək məsuliyyətində qoyur. Təbii resurslardan, xüsusilə, sudan qənaətlə istifadə, torpağa münbitliyi artırmaq və strukturunu qorumaq üçün mineral gübrələrlə yanaşı, “Səba”-nın öz istehsalı olan orqanik gübrə vermək, ilk dəfə olaraq Azərbaycanda böyük sahədə soya becərməyimiz və yem üçün qiymətli bu bitkinin idxalını azaltmağın mümkünlüyünü göstərməyimiz bu məsuliyyətdən irəli gəlir” - şirkətdən bildiriblər.
Qeyd edək ki, “Səba" 2011-ci ildən əkinçiliklə məşğul olur. “Səba” brendi altında yetişdirilən quşların yemini müəssisənin əkin sahələrində becərilən qarğıdalı və soya təşkil edir.
“Səba” quşlarının peyinindən alınan üzvi gübrə, müasir suvarma sistemləri və düzgün aqrotexnoloji qulluq sayəsində becərilən sağlam məhsul quş və heyvan yemi üçün vacib olan zülalla zəngindir. Buna görə də “Səba” həm də yem istehsalçısı kimi heyvandarlar arasında yüksək nüfuza malikdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
4 d. əvvəl
Bank Respublika müştəriləri onlayn təhlükələrə qarşı ayıq olmağa çağırır!
-
-
35 d. əvvəl
Mərkəzi Bank elektrik avadanlıqlarına servis xidmətinin satın alır
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neftin ucuzlaşması davam edir- 50 dollara qədər düşə biləcəyi ehtimal olunur
- 1 saat əvvəl
-
4 saat əvvəl
Rusiya səmasında həyəcanlı anlar: AZAL təyyarəsi geri qayıtdı, sərnişinlər salamatdır
- 10 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Bank Olmayan Kredit Təşkilatına 2 milyon manat maya qoyuldu

Azercell “CyberCell Hackathon”a start verir

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!
Ən çox oxunanlar

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

LC Waikiki-nin sədri: "Çətin bir dövrdən keçirik"

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb

Milyarder Cef Bezosdan 2045 proqnozu
