“Zeytun” və “Avro Med” Nazirlikdən böyük məbləğli sifarişlər aldılar
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi “Avro Med Company”, MMC, “Zeytun Pharmaceuticals” MMC, “3S Osteosintez” MMC, “Albatros Heltkeyr” MMC, “Labservis” LTD MMC, “M-Complex” MMC, “Müasir Tibbi Avadanlıqlar” MMC və “Tibbi Texnikasının Təmiri Zavodu” ASC ilə ümumi məbləği 27 milyon 635 min manat olan müqavilələr bağlayıb.
"Marja" satınalmalar portalına istinadən xəbər verir ki, “Zeytun Pharmaceuticals” MMC ilə daha böyük 2 müqavilə bağlanıb.
Mərkəz bu şirkətə “Müalicə-profilaktik müəssisələrin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostikada istifadə olunan tibbi vasitələrin və digər tibbi təyinatlı vasitələr və ləvazimatlar” müqaviləsi üzrə 8 milyon 915 min manat, “Müalicə-profilaktik müəssisələrin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr” müqaviləsi üzrə 5 milyon 312 min manat ödəyəcək (cəmi 14 milyon 227 min manat).
Digər böyük siafriş “Avro Med Company MMC” yə verilib. Mərkəz bu şirkətə “Şəkərli diabet və 2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Dövlət və Tədbirlər Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr” üçün 8 milyon 128 min manat ödəyəcək.
“Labservis LTD” MMC-dən 2 milyon 896 min manat dəyərində, “M-Complex” MMC-dən 1 milyon 160 min manat dəyərində, “3S Osteosintez” MMC-dən 503 min 146 manat dəyərində, “Müasir Tibbi Avadanlıqlar” MMC-dən 390 min 296 manat dəyərində, “Albatros Heltkeyr” MMC-dən isə174 min 444 manat dəyərində tibbi Texnikasının Təmiri Zavodu” ASC-dən isə 155 min 760 manat dəyərində diaqnostikada istifadə olunan tibbi vasitələr və digər tibbi təyinatlı vasitələr və ləvazimatlar alınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
13 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
13 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























