Azərbaycan Rusiyaya avtomobil ixrac etməyə hazırlaşır
Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Khazar Avtomobil Zavodu"nun istehsalı olan 10 ədəd "Khazar SD" markalı minik avtomobili yaxın vaxtlarda "Made in Azerbaijan" brendi ilə Rusiyaya ixrac ediləcək.
Bu barədə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbriz Ticarət Palatasının üzvləri ilə görüş çərçivəsində bildirib.
Xatırladaq ki, sözügedən zavod Neftçala Sənaye Məhəlləsinin ən böyük rezidentidir. Onu "Azərmaş” ASC və “İran Khodro” şirkəti, birgə müəssisənin yaradılması haqqında 2016-cı ilin avqust ayında imzalanmış sazişə uyğun olaraq yaradıb. Obyekt bu il martın 29-da, iki ölkə prezidentinin iştirakı ilə istifadəyə verilib. Dəyəri 15 milyon ABŞ dolları olan layihədə Azərbaycnan tərəfi 75%, İran tərəfi isə 25% paya malikdir.
Zavodun illik istehsal gücü 10 min avtomobildir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulan zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək.
Zavodda istehsal olunan avtomobillər "Avro-5" və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.
Müəssisədə 200 iş yeri var, istehsalın genişləndirilməsi sayəsində bu rəqəmin 300-ə çatdırılması planlaşdırılır.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
2 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
3 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
4 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























