
Tropik meyvə Azərbaycanda yetişdiriləcək - "Uğurlu nəticələr əldə etmişik"

Quayava bitkisinin vətəni Cənubi Amerikadır, Asiya və Afrikada isə mədəni halda becərilir.
Son illər AMEA-nın Lənkəran Regional Elm Mərkəzində professor Fərman Quliyevin rəhbərliyi ilə İran İslam Respublikasından gətirilən tropik-subtropik quayava (Psidium quayava) meyvə bitkisinin rayonlaşdırılması istiqamətində imkanlar araşdırılıb.
Professor Mərkəzdə bu bitki ilə bağlı aparılan elmi araşdırmalar barədə məlumat verərək deyib:
“Quayava mərsinkimilər fəsiləsinin psidium cinsinə aid bitki növüdür. 20 ilə yaxındır ki, quayavanın rayonlaşdırılması istiqamətində elmi-tədqiqat işləri aparırıq. Vətəni Cənubi Amerika olan quayavanın bölgəmizdə açıq havada, sintetik örtük və otaq şəraitində becərilməsinə dair bir sıra uğurlu nəticələr əldə etmişik.
Quayava bitkisi yerindən asılı olaraq kol formasında və ya çox da böyük olmayan hündürlüyü 3-4 metr, bəzi hallarda isə 8-10 metrə çatan həmişəyaşıl ağacdır. Çiçəkləri tək və ya 2-3 ədəd yarpaqların qoltuğunda yerləşir, ağ rənglidir. İldə 1-2 dəfə çiçəkləyir. Bitkinin vacib bir üstünlüyü özü-özünü tozlandırmasıdır. Bəzi növləri çarpaz tozlanır. Çiçəklərdə tozlanma bal arıları vasitəsilə də baş verir. Müхtəlif üsullarla - zoğ, calaq, toхum və qələmlərlə çoхaldılır. Günəşli və çoх isti yerləri sevir. Quraqlığa dözümlüdür. İldə 1-2 dəfə məhsul verir. Meyvəsi yaşıl, qırmızı, sarı lətli, armudşəkilli və ya yumru, uzunluğu 4-6 santimetrə qədər, çəhrayı, ağ və ya sarı rənglidir. Yaşından asılı olaraq birinci yığımda ağacdan 50-100 kiloqrama yaxın məhsul götürmək mümkündür”.
Quayava bitkisindən qənnadı və tibb sənayesində, təbabətdə geniş istifadə edildiyini vurğulayan F.Quliyev bu ətirli meyvənin bütün hissələrinin vitaminlərlə zəngin olduğunu, turşa-şirin dad verdiyini, yarpaqlarından efir yağları alındığını diqqətə çatdırıb. Həmçinin yarpaqları, çiçəkləri və meyvələri bakterisid təsirə malikdir. Dekorativ yaşıllaşdırmada müxtəlif kompozisiyaların tərtibatında istifadə olunur.
Quayavada rekord miqdarda, orta hesabla 100 qramda 240 mqr C vitamini olduğundan, ondan müxtəlif tənəffüs yolları xəstəlikləri və qrip zamanı tez-tez istifafadə edilməsi tövsiyə olunur. Çoxlu miqdarda lif və müxtəlif vitaminlərin olması ciddi xəstəlikdən sonra sağlamlığı tez bir zamanda bərpa etməyə imkan verir. Meyvələri nəinki insan orqanizminin tonusunu yüksəldir, həm də limfa sistemini gücləndirmək qabiliyyətinə malikdir.
Şirəli meyvələri bronxial astma, ishal, bronxit, həmçinin tonzillit və ciddi sətəlcəm zamanı məsləhət görülür. Bitkinin təzə yarpaqları yarasağaldıcı xüsusiyyətlərə malikdir. Onlardan çiban və hər cür dəri səpkilərindən qurtulmaq üçün geniş istifadə olunur. Həmçinin diş ağrısını tez bir zamanda aradan qaldırır.
Bu bitkinin kolunun yarpaqlarından hazırlanan şəfalı çay müxtəlif mədə-bağırsaq pozğunluqlarını aradan qaldırır və nizamsız menstrual sikli bərpa edir, başgicəllənmə və dizenteriya üçün də məsləhət görülür. Yarpaqların həlimi güclü öskürəkəleyhinə vasitə hesab olunur.
Həmçinin ağızda yaraları sağaltmaq və ağrıları azaltmaq üçün yaxalama kimi də təyin edilir. Yarpaqlardan əlavə, çiçəklərindən və bitki qabığından da istifadə olunur. Yarpaqları və qabıqlarının birləşmiş qarışıqları antipiretik xüsusiyyətlərə malikdir.
Toxumla çoxaldılarkən bitki üçüncü ildə çiçək açır. Meyvələrdən çıxarılan toxumlar yaxşı cücərir. Məhsul yığıldıqdan dərhal sonra yetişmiş meyvələr çürüdülür, toxumlar yığılıb, otaq şəraitində qurudulur.
Mart ayından başlayaraq toxumları istixana şəraitində yeşiklərə səpmək olar. Quayava qələmlə nisbətən çətin artırılır. Köklənməsi üçün havanın temperaturu və nisbi rütubəti yüksək olmalıdır.
Kökü, qabığı, yarpaqları, çiçəkləri, meyvələri, bir sözlə, bütöv bitkinin müalicəvi xüsusiyyətlərə malik olması bu həmişəyaşıl möcüzəvi ağacın təsərrüfat əhəmiyyətini qat-qat artırır.
Cənub bölgəsinin simvollarına çevrilmiş limon, narıngi, feyxoadan geri qalmayan və bəzi hallarda öz müalicəvi xüsusiyyətləri ilə onları üstələyən quayava bitkisinin təsərrüfat sahiblərinin, fermerlərin, həvəskar bağbanların böyük marağına səbəb olacağını qeyd edən alim, bu möcüzəvi bitkinin tezliklə tanınacağına, bölgədə becərilən sitrus bitkiləri arasında öz layiqli yerini tutacağına əminliyini ifadə edib.
AMEA-nın Lənkəran Regional Elm Mərkəzində quayavanın artırılması istiqamətində müəyyən işlər görülür. Bitki ilə maraqlananlar, onu əldə etmək istəyənlər Mərkəzə müraciət edə bilərlər.
© Azərtac
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 10 saat əvvəl
-
1 gün əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
2 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 2 gün əvvəl
Son Xəbərlər

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
