“Premium Bank” kiçilib, mənfəəti 2,5 dəfə azalıb

“Premium Bank” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) 11 milyon 82 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır. Bank 2018-ci ilin 9 ayında 28 milyon 180 min manat xalis mənfəət əldə etmişdi. Ötən il yüksək məbləğdəki mənfəətin böyük hissəsi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan qayıtmadan qaynaqlanmışdı.
GƏLİR ARTIB, XƏRC ÇOX DƏYİŞMƏYİB
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “Premium Bank”ın cəmi gəlirləri 45 milyon 697 min manat, cəmi xərcləri isə 33 milyon 265 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 12 milyon 432 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 145 min manatı azad olub və mənfəət 12 milyon 577 min manata yüksəlib. “Premium Bank” 1 milyon 495 min manat mənfəət vergisi ödədiyindən rübü 11 milyon 82 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “Premium Bank”ın cəmi gəlirlər 42 milyon 973 min manat, cəmi xərcləri 33 milyon 557 min manat, əməliyyat mənfəəti 9 milyon 416 min manat təşkil etmişdi. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan 19 milyon 168 min manat azad olmuş və mənfəət 28 milyon 585 min manata yüksəlmişdi. Bank 404 min manat mənfəət vergisi ödəmiş və həmin dövrü 28 milyon 180 min manat xalis mənfəət ilə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB
“Premium Bank”ın faiz gəlirləri ötən ilin 9 ayında 26 milyon 879 min manat ikən, 2019-cu ilin 9 ayında 29 milyon 867 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 16 milyon 255 min manatdan 15 milyon 830 min manata düşüb.
Ötən ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayında “Premium Bank”ın cəmi xərcləri cüzi azaldığından, faiz gəlirlərinin artması hesabına cəmi gəlirləri isə artdığından Bank daha çox əməliyyat mənfəəti əldə edib. “Premium Bank”ın əməliyyat mənfəəti ötən ilin 9 ayında 9 milyon 416 min manat ikən, cari ilin 9 ayında 12 milyon 577 min manat təşkil edib.
EHTİYATDAN QAYIDAN VƏSAİT 132 DƏFƏ AZALIB
Əməliyyat mənfəətinin artdığı halda xalis mənfəətin azalması, ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatdan qayıtmanın azalmasıdır. Ötən il ehtiyatdan azad olan və mənfəətə əlavə edilən məbləğ 19 milyon 168 min manat ikən, cari ilin 9 ayında 145 min manat təşkil edib.
BANK KİÇİLİB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR AZALIB
30 Sentyabr 2019-cu il tarixində “Premium Bank” 576 milyon 387 min manat cəmi aktivlərə malik olub və aktivlərin 493 milyon 473 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 31 Dekabr 2018-ci il tarixində “Premium Bank” 646 milyon 284 min manat cəmi aktivlərə malik olmuş və aktivlərin 584 milyon 596 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, cari ilin 9 ayında “Premium Bank”ın cəmi aktivləri 69 milyon 897 min manat, müştərilərə verilən kreditlər isə 91 milyon 123 min manat azalıb.
Depozitlərin azalması ilə əlaqədar olaraq “Premium Bank”ın öhdəlikləri də azalıb. Ötən ilin sonu ilə müqayisədə depozitlər 69 milyon 140 min manat azalaraq 396 milyon 936 min manata düşüb.
2018-ci ilin sonu ilə müqayisədə “Premium Bank”ın cəmi kapitalı 4 milyon 297 min manat azalaraq 130 milyon 430min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
3 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
