Bankı müflis olan bankirlərin mülkləri müsadirə edilərək satılacaq
“Bu gün Azərbaycanda 11 bank ləğvetmə prosesindədir. Bu ləğvetmə prosesi ilə bağlı bizə suallar ünvanlanır ki, proses ləngiyir, nə vaxt başlayacaq”.
Bunu bu gün Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib. O, bankların ləğvetmə proseslərinin ləngiməsinin səbəblərinə aydınlıq gətirib.
R. Aslanlı deyib ki, təkcə “Bank Standart”ın ləğvetmə planının hazırlanması həddən artıq çox təfərrüatlı və hüquqi işlər tələb edir: “O bankda 262 min fiziki və 47 mindən çox hüquqi şəxs hesabı var idi. Bunların hamısının tələblərinin siyahısı müəyyən edilməlidir. Mübahisələndirilən məsələlər var. İnsanlar deyirlər ki, mənim tələbim 5 manat deyil, 5 manat 15 qəpikdir. Bu məsələlərin hamısı yerini tapmalıdır. Daha sonra bankın aktivlərinin reyestri tərtib olunmalıdır. Həm əmlak, həm tələb hüquqları, həm də gözlənilən hüquqların reyestri tərtib olunmalı, qiymətləndirilməli və məhkəmədə təsdiq olunmalıdır”.
R. Aslanlı ictimai nəzarətin təmin olunması üçün banklarda Kreditorlar Komitəsinin yaradılmasını təklif etdiklərini bildirib: “Kreditorlar Komitəsinin tərkibi məhkəmə qərarı ilə təsdiq edilir. Həm öhdəliklərin, həm də aktivlərin kənar qiymətləndirilməsi həyata keçirilir. Prosesin özünə hüquq nəzarəti həyata keçirilir. Baxmayaraq ki, ləğvedici ləğvetmə planı hazırlayır, bu planı məhkəmə təsdiq edir, hüquqi nəzarət üçün dəvət edilən şirkət hüquqi qərarların məhkəmənin təsdiq etdiyi plana uyğun olub-olmadığına ictimai nəzarəti həyata keçirir. Məhz bu xarakterli təcrübələrdən faydalandığımız təkmilləşdirmələri də ləğvetmə prosedurlarına əlavə etmişik”.
R. Aslanlı bildirib ki, qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlar: “Biz Azərbaycan qanunvericiliyinə ilk dəfə bu təcrübəni təklif edirik. Dünyada bu təcrübə çox geniş tətbiq olunur. Bankın rəhbərlərinin cəmiyyətdən cəlb olunmuş vəsaitlər hesabına məsuliyyətsiz hərəkətləri nəticəsində bu vəsaitlər itir, bəzi hallarda hətta bilərəkdən fırıldaqçılığa da gedirlər, bank müflis olur. Dövlət də hazırda bu halda Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə əhalinin əmanətlərini qaytarır, ancaq nə səhmdarlar, nə də bankın menecmenti məsuliyyət daşımır. Bu, doğru deyil. Qanun layihələrində müəyyən edilib ki, belə olan halda məhz şəxsi, o cümlədən maddi məsuliyyətlər bankın səhmdarlarının, bankın inzibatçılarının, qərarların qəbul edilməsində iştirak etmiş digər vəzifəli şəxslərin təkcə bankda olan depozitləri deyil, həmçinin digər əmlakları məhz dövlətə və ictimai fondlara dəymiş zərərin ödənilməsi üçün istifadə edilməlidir. Bir misal gətirim. ABŞ-da deyirlər ki, müflis bankdan requlyator çıxandan sonra ora ədliyyə daxil olur. Ədliyyə bankın müflis olmasında şəxsi məsuliyyətin olub-olmamasını müəyyən etməlidir. 2009-cu ildə ABŞ-da belə bir halda iştirakı müəyyən edilən şəxsin yaxtaları, evləri müsadirə edilərək satıldı ki, bankda insanlara dəymiş zərərlər ödənilsin. Qanunvericiliyə ilk dəfə belə bir təcrübə daxil edilib. Bütün bunları təmin etmək üçün mülki və prosessual qanunvericiliyə də dəstəkləyici maddələr əlavələr etmişik”.
© APA
Müştərilərin xəbərləri
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
22 d. əvvəl
Azərbaycanda yeni binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq
-
-
28 d. əvvəl
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
-
54 d. əvvəl
Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
-
1 saat əvvəl
“BakuBus” Qarabağ üçün elektrik avtobusları alır - 16,7 MİLYON MANATLIQ MÜQAVİLƏ
- 2 saat əvvəl
-
2 saat əvvəl
“BOS Shelf"ə 156 milyon dollarlıq iş sifariş olundu - MÜQAVİLƏ İMZLANIB
-
2 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard dollara çatıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda Özəl Sənaye Məhəlləsi dövlət qeydiyyatına alınıb - ŞİRKƏTLƏR BURADA REZİDENT OLA BİLƏRLƏR
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
Dekabrın 10-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
2026-cı ilin dövlət büdcəsi qəbul edildi
Milli Məclis DSMF-nin və İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcələrini qəbul etdi













.jpg)








.jpg)





