Ən böyük sığorta şirkətinin qazancı artıb
Toplanan sığorta hqlarına görə Azərbaycanın ən böyük sığorta şirkəti olan “PAŞA Sığorta”, 2016-cı ili 19 milyon 387 min manat xalis mənfət ilə başa vurub.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə ötən il “PAŞA Sığorta”nın xalis mənfəəti 11,2% artıb. Şirkət 2015-ci ili 17 milyon 429 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Ötən il “PAŞA Sığorta”ın cəmi gəlirləri 104 milyon 643 min manat, cəmi xərcləri isə 80 milyon 984 min manat təşkil edib. 2015-ci illə müqayisədə Şirkətin cəmi gəlirləri 42%, cəmi xərcləri isə 55,6% artıb. 2015-ci ildə “PAŞA Sığorta”nın cəmi gəlirləri 73 milyon 706 min manat, cəmi xərcləri isə 51 milyon 984 min manat təşkil etmişdi.
“PAŞA Sığorta”nın cəmi gəlirlərinin artmasına toplanan sığorta haqlarının artmasına təsir göstərmişdir.
2016-cı ildə toplanan sığorta haqları təxminən 100 milyon manat təşkil edib (2015-də 64 milyon 810 min manat).
Ötən il “PAŞA Sığorta”nın aktivləri 19 milyon 170 min manat və ya 17% artaraq 132 milyon 640 min manata yüksəlib. 31 Dekabr 2016-cı il tarixində Şirkət 60 milyon 598 min manat cəmi öhdəliklərə, 72 milyon 41 min manat cəmi kapitala malik olub.
Xəbər verdiymiz kimi, “PAŞA Həyat Sığorta Şirkəti” ASC 2016-cı ili 17 milyon 766 min manat xalis mənfəət ilə başa vurub. Beləliklə, "PAŞA" qrupun sığorta biznesindən ötən il xalis qazancı 37 milyon 153 min manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















