“Bank Avrasiya” biznes kreditlərini azaldıb, istehlak kreditlərini artırıb
“Bank Avrasiya” ASC-nin biznes kreditləri portfeli 10 milyon manata yaxın azalıb.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 30 Sentyabr 2018-ci il tarixində 69 milyon 433 min manat təşkil etmiş biznes kreditləri portfeli 30 Sentyabr 2019-cu il tarixində 59 milyon 793 min manat təşkil edib. Qısası, biznes kreditləri portfeli illik müqayisədə 9 milyon 640 min manat azalıb.
Eyni dövrdə istehlak kreditləri portfeli 1 milyon 664 min manat artaraq 5 milyon 147 min manata, daşınmaz əmlak kreditləri portfeli isə 5 milyon 466 min manat artaraq 25 milyon 97 min manata yüksəlib.
30 Sentyabr 2018-ci il tarixində biznes kreditləri portfeli 3 milyon 483 min manat, daşınmaz əmlak kreditləri portfeli 19 milyon 631 min manat təşkil etmişdi.
FİZİKİ ŞƏXSLƏR 10,5 MİLYON MANATINI GERİ GÖTÜRÜB
30 Sentyabr 2018-ci il tarixi ilə müqayisədə “Bank Avrasiya”nın depozit portfeli 6 milyon 808 min manat azalaraq 30 Sentyabr 2019-cu il tarixində 46 milyon 888 min manat təşkil edib. Ötən ilin eyni tarixində bu məbləğ 53 milyon 697 min manat idi. O cümlədən, fiziki şəxslərin depozitləri (əhalinin əmanətləri) 10 milyon 460 min manat azalaraq 37 milyon 974 min manata düşüb, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 3 milyon 652 min manat artaraq 8 milyon 913 min manata yüksəlib.
HƏMÇİNİN OXU: Daha bir bankın vəziyyəti məlum oldu - KİÇİLİB, ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























