Palata banklar üçün istehlak kreditlərinin cəlbediciliyini azaltdı
Banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin veriləməsinin cəlbediciliyini azaldacaq. Nəticədə, istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanması məhdudlaşacaq.
Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edib.
Məlumata görə, bu addım Prezident İlham Əliyevin iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinin artırılması çağırışı ilə əlaqədar atılıb.
HƏMÇİNİN OXU:Azərbaycanda bank aktivlərinin yeni risk qrupları müəyyənləşdirilir
Qaydalara edilmiş əsas dəyişikliklərdən biri kiçik və orta subyektlərinə (KOS) və qeyri-neft sektoru üzrə ixracın maliyyələşdirilməsinə verilən kreditlərin risk dərəcələrinin azaldılmasıdır. Bu yenilik banklara, onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsini daha maraqlı edir. Bu isə makro səviyyədə biznes subyektlərinin maliyyə əlçatanlığının artrırılması və iqtisadiyyatın diversifikassiyasına təkan verəcək.
Dəyişikliklərdə, həmçinin, məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də mövcuddur. Belə ki, Qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilib. Tənzimləmənin bu formatda təşkili, banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin veriləməsinin cəlbediciliyini azaldacaq. Nəticədə, istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanması məhdudlaşacaq.
Eyni zamanda, Qaydalarda requlyativ çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dəyişikliklər də yer alıb. Buna misal kimi, kredit riskləri üzrə BASEL II Yeni Standart Yanaşmaya tam keçidin edilməsi, o cümlədən beynəlxalq reytinq agentliklərinin verdiyi reytinqlər əsaslı suveren və korporativ qiymətli kağızların risk dərəcələri üzrə təsnifləşdirilməsi göstərilə bilər. Bununla yanaşı, Bazel II və III nəsil prinsiplərinin tətbiqi məqsədilə Qaydalara bazar və əməliyyat risklərinə qarşı kapital buferi formalaşdırılması tələbi əlavə edilib.
Bu cür tələblərin gətirilməsi prudensial tənzimləmənin beynəlxalq səviyyəyə qaldırılması, bank sktorunun kredit risklərindən əlavə bazar və əməliyyat risklərinə qarşı da dayanıqlığının artmasının göstəricisidir. Bu tələblərlə yanaşı, prudensial çərçivənin Bazel III nəsil prinsiplərinə uyğunlaşdırılması məqədilə kapital adekvatlığı əmsallarının hesablanması zamanı kontr-tsiklik kapital buferinin nəzərə alınması tələbi əlavə edilib. Kontr-tsiklik kapital buferi makroprudensial alət olaraq bank sektorunu izafi kreditləşməsinin nəticəsi olan sistem risklərinin qarşısının alınması və tsiklik proseslərə həssaslığının azaldılmasını nəzərdə tutur. Bütövlükdə, nəzarət orqanlarına kontr-tsiklik kapital buferinin tətbiq edilməsi gücünün verilməsi izafi kreditləşmə dövrlərində kreditləşmənin artım tempinin azaldılması, habelə adekvat kapital buferinin formalaşdırlması imkanı yaradır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























