İldə 100 min ədədlik ixrac planlaşdırılır
Ağdaşın Şıxlı kəndindəki Biyan Sənaye Parkında emal edilən məhsulların yerli bazarla bərabər, ilk dəfə dünya bazarına “Made in Azerbaijan” brendi altında ixracı da planlaşdırılır. Məqsəd Azərbaycanı dünya biyan kökü bazarında yüksək mövqeyə çıxarmaq, bu sahədə mövcud iqtisadi potensialı dövlətin real gəlir mənbəyinə çevirməkdir. Məhsulun əsas xarici satış bazarları qismində Avropa, Asiya və Amerika ölkələri nəzərdə tutulur.
Ağdaş sakini Ramazan Həsənov beş ildir biyançılıqla məşğuldur. Onun sözlərinə görə, bu günə qədər sahələrdən bol məhsul toplasa da, amma emal üçün böyük zavod olmayıb. Bu günlərdə rayonun Şıxlı kəndində Biyan Sənaye Parkının istifadəyə verilməsi bir çox fermerlər kimi, Ramazan Həsənovun da ürəyincə olub: “Qabaqlar çətinlik çəkirdik. Məhsulu yığırdıq, amma təhvil verməyə yer taba bilmirdik. Kiçik sexlər var idi, hərdən götürürdülər, bəzən də yer olmurdu. Amma indi əhali sevinir ki, belə zavod açılıb. Zavodun böyük olması yaxşıdır ki, ilboyu məhsul qəbul edəcək. Bu da əhalinin yaxşı dolanışığına öz təsirini göstərəcək”.
Oktyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə açlışı olan Biyan Sənaye Parkının yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır.
Biyan Sənaye Parkının direktoru Ramin Məmmədov bildirib ki, zavodda biyan kökü həm mexaniki üsulla, həm də əllə seçilir, təmizlənir, yuyulur, müxtəlif formada və ölçüdə doğranılır. Çeşidlənmiş məhsul bir neçə mərhələdə isitmə sistemi vasitəsilə qurudulur, metal detektorundan keçdikdən sonra elektron tərəzi vasitəsilə çəkilir və kisələrdə qablaşdırılır. Hazır məhsul rütubət və temperaturun nəzarət olunduğu, müasir havalandırma sistemi ilə təchiz edilmiş, ümumi sahəsi 4000 kvadratmetr olan anbarlarda saxlanılır.
Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən, İsveç və İtaliyan şirkətlərinə məxsus ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş Bitki Ekstraktı və Sirop Zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal edilir. İstehsal edilən məhsullar elmi patentlər əsasında hazırlanır. Bu patentlərdən biri 2019-cu ildə Cənubi Koreyada keçirilən Beynəlxalq İxtiraçı Qadınlar Forumunda xüsusi mükafat və qızıl medal qazanıb.
Sirop zavodunun direktoru Aftandil Həsənov deyir ki, istehsal olunan müalicəvi şərbətlər öskürək, iltihab, qrip və zökəm eleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlabini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malikdir. Məhsulların başlıca üstünlükləri 100 faiz bitki mənşəli olması, xammalın ekoloji təmizliyi, tərkibində kimyəvi maddənin - konservant, dadverici və rəngvericilərin olmamasıdır. Bütün istehsal prosesi boyu məhsul nümunələri müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada yoxlanılır.
Biyan Sənaye Parkının tərkibində biyan əkilməsi üçün nəzərdə tutulmuş 1000 hektar sahəyə malik plantasiyanın su ilə təmin olunması üçün Şirvan kanalından əraziyə 7,5 kilometr uzunluğunda boru çəkilib. Sahələrin suvarılması üçün 924 hektar ərazidə 16 ədəd suvarma qurğusu (pivot) qurulub. Biyan əkin sahələrinin və müəssisənin işə salınması Ağdaş rayonunda 220 nəfəri daimi iş yeri ilə təmin etməyə imkan verir. Parka daxil olan zavodların istehsal xətlərinin avtomat sistemlərini idarə etmək üçün gələcəkdə yerli gənc kadrların hazırlanması da planlaşdırılır.
Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə Biyan Tədarükü və Emalı Zavodu, Bitki Ekstraktı və Sirop Zavodu, 10 məhsul anbarı, qazanxanalar, elektrik yarımstansiyaları, inzibati ofis binası, aqrotexnikalar üçün qaraj, tədarük məntəqəsi daxildir. Biyan Sənaye Parkında ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin “Made in Azerbaijan” brendi altında ixracı planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
9 saat əvvəl
İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvana dəvət olunublar
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı kəskin azalıb
Son Xəbərlər
49 və 515 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
Azərbaycan Təbrizə yeni baş konsul təyin etdi
"Azəristiliktəchizat"da nöqsanlar aşkarlanıb
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Ən çox oxunanlar
Toyota-nın satışlarında rekord
"Arazdəyən–Sədərək ərazisi də açılmalıdır"
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Azərbaycan Rusiyadan qoyun ətinin alışını artırıb
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Quyulardan neft hasilatı azalır: bp maksimum hasilat üçün Xəzərə yeni texnologiya gətirir - Çoxmilyonluq müqavilə imzalanıb
Polad incəsənətə çevriləndə - “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
Qlobal bazarlarda son vəziyyət














.jpg)






.jpg)
.jpg)



