Azərbaycanda dollar kreditləri yenidən artır
Avqust ayı ilə müqayisədə Sentyabr ayında Azərbaycanın kredit təşkilatlarının xarici valyutada kredit qoyuluşları 109 milyon manat artıb.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, xarici valyutadakı kredit qoyuluşları 2019-cu ilin Avqust ayının sonunda 4 milyard 758 milyon manat ikən, sentyabr ayının sonunda 4 milyard 867 milyon manata çatıb.
2019-cu ilin Aprel ayında 4 milyard 643 milyon mantadək düşmüş cəmi xarici valyutadakı kreditlər ötən müddətdə 224 milyon manat artıb.
Sentyabr ayının sonunda cəmi xarici valyutadakı kredit qoyuluşları 4 milyard 867 milyon manata çatsa da hələ də ötən ilin sonundakı səviyyə (4 milyard 946 milyon manat) ilə müqayisədə azdır.
30 Sentyabr 2019-cu il tarixində cəmi kredit qoyuluşları 14 milyard 242 milyon manat, o cümlədən milli valyutada kredit qoyuluşları 9 milyard 375 milyon manat, xarici valyutada kredit qoyuluşları 4 milyard 867 milyon manat təşkil edib. Kredit qoyuluşlarının 1 milyard 443 milyon manatının ödəmə vaxtı keçib. 2019-cu ilin 9 ayı ərzində cəmi kredit qoyuluşları 1 milyard 223 milyon manat artıb, o cümlədən milli valyutada kredit qoyuluşları 1 milyard 302 milyon manat artıb, xarici valyutada kredit qoyuluşları isə 79 milyon manat azalıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























