Palata: Bəzi banklar problemli kreditlərlə bağlı düzgün məlumat vermir
“Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbiri ilə bəzi banklar tərəfindən MKR-ə (Mərkəzləşdirilmiş Kredit Reyestri) ötürülən məlumatların vaxtında işlənilməməsi və qeyri-dəqiq verilməsi, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) həmin təşkilatlar tərəfindən verilən problemli kreditlərlə bağlı məlumatlarda uyğunsuzluq və subyektivlik halları müəyyənləşdirilmişdir”.
"Marja" xəbər verir ki, Palata bunu 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyində
bildirib.
“Problemli kreditlərlə bağlı verilən məlumatlarla prudensial hesabatlar arasında çoxsaylı uyğunsuzluqlar olmuş, xarakterik təhriflərə və boşluqlara yol verilmişdir ki, bu da kredit təşkilatlarında uçot və hesabat sahəsində ciddi problemlərin mövcud olduğunu, xüsusilə balansdan silinərək balansdankənar hesabda qeydə alınan kredit borclarının uçotdan yayındırıldığını göstərir.
Hər iki devalvasiyaya görə 30 bank, 15 LPO bank və 47 BOKT üzrə ümumilikdə 1003067 kredit müqaviləsi MBNP tərəfindən araşdırılmış və kompensasiya hesablanılaraq, ödəniş aparılmışdır.
Büdcə vəsaitinə olan tələbatın 49,3%-i ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənişi üçün kredit təşkilatlarına yönəldilən hissədən, 50,7%-i fiziki şəxslərin sərəncamına yönəldilən, yəni müştərilərə çatacaq hissədən ibarətdir”, - deyə qurum bəyan edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi





















