“Dövlət şirkətlərinin büdcə üçün yükə çevrilməsinin qarşısı alınmalıdır”
“Cənub Qaz Dəhlizi regionun enerji xəritəsini dəyişdirəcək. 2020-ci ildə Azərbaycanda neft-qaz sektorunda 1,6%, növbəti 3 ildə isə 3% artım proqnozlaşdırılır”.
Bunu Milli Məclisin bu gün keçirilən və büdcə müzakirələrinə həsr olunmuş plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Bundan başqa, onun sözlərinə görə, gələn il büdcədə investisiya xərclərinin azaldılması nəzərdə tutulsa da, qeyri-neft sektoruna investisiyaların 11% artırılması planlaşdırılır.
“Ötən 10 ayda ölkədə qeydə alınmış əmək müqavilələrinin sayında 17% artım olub. Görülən işlər nəticəsində gələn il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq. Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünəməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda insanların tarixən fərdi sahibkarlığa və ticarətə meyli var: “Biz bu amili tam gücü ilə hərəkətə gətirməliyik. Bu sahədə qeyri-şəffaf amillər aradan qaldırılmalıdır. Biznesin dövlət tənzimlənməsi yükü daha da azaldılmalıdır. Mülkiyyət hüququnun daha etibarlı qorunması təmin edilməlidir. Bu olmadan rəqəmsal iqtisadiyyata inteqrasiya çətin olacaq. Yüksək neft gəlirləri dövründə dövlətin rolu post-neft dövründə dəyişir”.
Nazir bildirib ki, dövlət əmlakının səmərəli idarə edilməsi qarşıda duran vəzifələrdən biridir: “Dövlət şirkətləri aydın və dəqiq strategiyaya malik olmalı, onların dövlət büdcəsi üçün ağır yükə çevrilməsinin qarısı alınmalıdır. Yeni, müvafiq standartlar bu sahəyə gətirilməlidir. Dünya rəqəmsal iqtisadiyyata doğru irəlləyir, bu sahədə insan kapilatının rolu artacaq. Ali peşə və biznesin sıx inteqrasiyası baş verməlidir. Təhsil əmək bazaırna tam uyğunlaşması təmin edilməlidir. İnsanın kapitalının formalaşmasına yönələn tədbirlərin əhatə dairəsi genişləndiriəcək”.
M. Cabbarov qeyd edib ki, bank sektorunun sağlamlaşdırılmasının başa çatdırılması, biznesin malyyə vəsaitlərinə çıxış etdirilməsi əhəmiyyətlidir: “Prezident tərəfindən uğurla həyata keçirilən siyasətlər, inqtisadiyyatın dayanıqlığınını qorunub saxlanılması üçün görülən tədbilər növbəti ildə yeni iqtisadi model çərçivəsində əhalinin sosial durumunun daha da yaxşılaşmasına səbəb olacaq”.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























