Azərbaycan və Rusiya arasında yeni birgə müəssisələrin işə salınmasının vaxtı açıqlanıb
Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın növbəti iclası dekabrın 9-da Bakıda keçiriləcək.
Bu barədə Baş nazirin müavini Şahin Mustafayev “Vesti Kavkaza”ya bildirib.
“Komissiyanın iclası çərçivəsində Pirallahı Sənaye Parkında “P-Farm” əczaçılıq müəssisəsinin açılışı keçiriləcək. Bütövlükdə 80 milyon dollar sərmayə yatırılacaq müəssisənin birinci mərhələsi artıq hazırdır. Ümidvaram tezliklə ikinci mərhələsinin də təməli qoyulacaq”, – deyən baş nazirin müavini yaxın vaxtlarda həmçinin Rusiya istehsalı “Mi” tipli helikopterləri üçün servis mərkəzinin də təməlinin atılacağını qeyd edib: “Bu mərkəz regional əhəmiyyətə malik olacaq”.
Komissiyanın iclası çərçivəsində həmçinin tikintisi başa çatmaq üzrə olan “QAZel” avtomobillərinin yığılma müəssisəsinə də baş çəkiləcəyi dəqqətə çatdırılıb.
“Azərbaycanda “KAMAZ” və “Ural” tipli yük avtomobillərinin müvəffəqiyyətlə yığıldığını xatırlatmaq istərdim. Regionlararası forum zamanı əməkdaşlıq sənədi, habelə Azərbaycanda “Rosselmaş” kombaynlarının “Azərmaş” şirkəti tərəfindən yığılmasına dair sənəd imzalanıb. Yəqin ki yaxın gələcəkdə Azərbaycanda Rusiya kombaynlarının istehsal olunduğunu görəcəyik”, – deyən Ş.Mustafayev ölkədə həmçinin Rusiyanın “Penopleks” şirkətinin izolyasiya materialları müəssisəsinin də təməlinin atılacağını qeyd edib.
“Eyni zamanda bu gün xüsusilə Şimali Qafqazda sərmayələrin sürətli artdığını görürük. Artıq bir neçə sanatoriya və mehmanxanalar Yesentukidə tikilib, Kislovodskidə və Jeleznovodskidə isə tikilir. Krasnodar diyarında çay fabriki tikilir. Mühüm infrastruktur layihəsi olan inşaat qatışıqları müəssisəsinin tikintisi nəzərdə tutulur. Beləliklə, Azərbaycanla Rusiya birgə layihələr baxımdan əlaqələr uğurla, qarşılıqlı faydalı şəkildə inkişaf edir”, – deyən hökumət rəsmisi polipropilen və aşağı təzyiqli polietilen istehsal olunduğu “SOCAR Polymer” müəssisəsinin tikintisinə böyük sərmayələr yatıran “Gazprombank”ın həmçinin “Azerkimya” İB-in modernləşdirilməsində də iştirak etdiyini xatırladıb.
Bütövlükdə Azərbaycan iqtisadiyyatında RF sərmayələrinin 5 milyard dollara çatdığı qeyd edən Ş.Mustafayev Azərbaycanın qonşu ölkədəki sərmayələrinin də ildən-ilə artaraq 1,2 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















