“Beyin köçü”nün qarşısı necə alına bilər? – MÜSAHİBƏ
“İT” mütəxəssislər ölkəni niyə tərk edir?
Son zamanlar Azərbaycanı tərk edən “İT” ( Information Technology) mütəxəssislərin sayı durmadan artır. Buna bəzən "beyin köçü"də deyilir.
“Marja” Media24.az-a istinadən, Five Creative Agency rəhbəri, veb proqramçı Sadiq Mirzəyev bu məsələ ilə bağlı suallarını cavablandırıb. Onun müsahibəsini sizə də təqdim edirik:
- Son zamanlar İT mütəxəssisləri başqa ölkələrdə özlərinə iş taparaq ora köçürlər. Bunun səbəbi nədir?
- İlk olaraq onu qeyd etmək istəyirəm ki, indiki zamanda ən aktual və tələbatlı sahə İT sayılır. Güclü İT mütəxəssisə dünyanın hər yerində ehtiyyac duyulur. Bizim İT mütəxəssislərin başqa ölkələrdə işləməsinə üstünlük verməsini isə bir çox amillərlə bağlamaq olar. Bunlara əlverişli mühit, özünü daha da inkişaf etdirmək şansı, işçiyə verilən dəyər və ən əsası işinin müqabilində ona təklif edilən maaşı göstərmək olar.
- Azərbaycanda bu sahədə vəziyyət necədir?
- Ümümiyyətlə bizdə "Beyin Fırtinası" edə biləcək gənc İT mütəxəssislər çoxdur. Misal olaraq siz beyninizi sürət maşını sayılan "Ferrari"yə bənzədin. Mənim Ferrarim var amma onu sürmək üçün gərək normal yol olsun. Əgər bu cür yol yoxdursa o maşın mənim qarajımda yatıb qalacaq. Beyin də eynən belədir. Əgər inkişaf üçün şərait, bu şəraiti stimullaşdıran amil yoxdursa beyin də paslanaraq inkişafdan qalacaq. Nəticədə itirən yenə biz oluruq. İT mütəxəssislərimiz də sırf bu amillərə görə xaricdə yerləşən şirkətlərdə özlərinə iş axtarmaq məcburiyyətində qalırlar. Nəticədə “beyin köçü” baş verir.
- Siz Ferrarinizi burda sürə bilmirsiz ki?
- Mən sadəcə sürətlə çalışan beyin ilə sürət maşını arasında bənzətmə etdim. Maşını da insan beyni icad edib. Mənim Ferrarim yoxdur. Olsa da sürərdim. Yollarımız da Ferrari sürmək üçün çox rahatdır (Gülür)
- Sizcə İT mütəxəssislərin başqa ölkələrdə özlərinə iş taparaq getməsinin qarşısını necə almaq olar?
- Güclü İT mütəxəssislərin ölkəni tərk etməməsi üçün onlara imkan və şəraitin yaradılması vacibdir. Bəlkə də bu gün bu cür mütəxəssislərə təlabat azdır, ancaq sabah mütləq çox olacaq. Ancaq sonra gec ola bilər, İndidən onları dinləyib, beyinlərindən maksimum şəkildə istifadə edərək ölkə adına böyük uğurlar əldə etmək mümkündür. Niyə bu beyinlərdən başqa ölkələr istifadə etməlidir ki? Onlara burda bu şərait yaradılmalıdır. Məsələn bir çox onlayn ödəmə terminallarında "backend" (arxa) tərəfdə çalışan proqram xarici ölkələrdən alınır və xidmət haqqına görə də hər ay böyük məbləğdə xarici şirkətlərə ödənişlər edilir. Əgər bizim İT mütəxəssislərə lazımi şərait yaradılsa onlar həmin proqramı özləri yaza bilər və lazımi xidməti də göstərə bilərlər. Nəticədə xarici şirkətlərə böyük məbləğdə ödənişlərə ehtiyac yaranmaz, üstəlik öz mütəxəssislərimiz normal məvacib alaraq, xaricə üz tutmazlar, heç buna istəkləri də yaranmaz.
- Sizcə bu cür mütəxəssislərin xaricə üz tutmalarının nə kimi fəsadları ola bilər?
- Artıq bunun fəsadlarını görmək mümkündür. Belə ki, ölkədə fəaliyyət göstərən bəzi böyük şirkətlər yaxşı İT mütəxəssis tapa bilmirlər. Hətta yüksək maaş müqabilində də bu mümkünsüz olub. Mütəxəssis tapılsa belə onların savadı heç də istənilən səviyyədə olmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb























