Satışa çıxır, amma istifadəçilərin canını sıxa bilər
Çin istehsalçısı "Huawei"nin qardaş markası "Honor", yeni telefonu "Honor V30" ilə istifadəçilərin qarşısına çıxır. Ancaq telefon, təchizat xüsusiyyətləri ilə səs salmış olsa da, içində "Google" tətbiqlərinin olmaması istifadəçilərin canını sıxa bilər.
ABŞ ilə davam edən ticarət müharibəsi səbəbilə embarqo problemi ilə boğuşan Çinin "Huawei" markası çətin günlər keçirir. "Huawei"nin qardaş markası olan "Honor"un yeni telefonu "Honor V30" ötən günlərdə təqdim edilib və xüsusiyyətləri ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
"Honor V30" və "Honor V30 Pro" adı altında iki telefonla istifadəçilərinin qarşısına çıxan Çinli şirkət, bu cihazları yalnız Çində deyil, dünya miqyasında rəflərə qoymaq istəyir.
Ancaq "Huawei Mate 30" telefonlarının başına gələn problem, "Honor V30" telefonlarına da təsir edəcək kimi görünür; çünki "Honor"un yeni telefonlarının "Google Play Store" yüklü olmadan satışa təqdim edilməsi gözlənilir. Bu da "Google" tətbiqləri başda olmaqla bir çox tətbiqdən istifadəçinin faydalana bilməyəcəyi deməkdir.
"Huawei" rəsmiləri isə vəziyyətin ümidsiz olmadığını vurğulayıblar, çox qısa bir zaman ərzində bu cihazlara "Google Play Store" yüklənəcəyini, istifadəçilərin bu məsələdə rahat olmaları lazım olduğunu bildiriblər.
Baxaq qarşıdakı günlərdə embarqo qərarında bir dəyişiklik olacaqmı? "Google Play Store" "Huawei" və "Honor" telefonlara geri dönəcəkmi?
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 50 d. əvvəl
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
3 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“City Finance BOKT”un xalis mənfəəti 22% artıb
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ






.jpg)





.jpg)





.jpg)




