Zəif performansın səbəbini daxildə axtaran və onu qəbul edən markalar daha uğurlu olur
Davranış elmlərinin insan psixologiyası ilə bağlı öyrəndiyi hər bir məlumat şəxsi və korporativ markaların fəaliyyətlərində nəzərə alına bilər. Onların bəziləri isə birbaşa biznes və reputasiya ilə bağlıdır. Onları isə mütləq bilməliyik! Bu silsilədən olan növbəti yazımı sizinlə bölüşürəm.
İnsanlar adətən öz səhvlərinə qarşı mühafizəkar davranır və onu qəbul etməyi xoşlamırlar. Bu biraz bizim eqomuzu incidir. Lakin nə vaxt ki, öz xətalarını qəbul edən başqa birini görsək, bunu qiymətləndiririk və həmin insana qarşı inancımız da artır.
Bu hal şəxsi münasibətlər üçün olduğu kimi, peşəkar münasibətlər, markalar və bizneslər üçün də keçərlidir. Yenə də, bir araşdırma nəticəsi ilə izah edəcəyəm.
Miçiqan Universitetinin sosial psixologiya üzrə professoru Fiona Li öz etdiyi araşdırmada uğursuzluqlarını öz səhvlərində axtaran markaları analiz edir və onları zəif performansı xarici şərtlərlə əsaslandıran digər markalarla müqayisə edir. Nəticələr isə həmin şirkətin növbəti periodda maliyyə bazarlarındakı hissə sənədlərinin dəyərinə əsasən ölçülür.
Yəni bu araşdırmada 2 növ marka iştirak edir: (1) səhvlərini qəbul edən və (2) başqa yerdə səhv axtaranlar. Bu 2 xüsusiyyət araşdırmada sərbəst dəyişkənlər olur. Asılı dəyişkən isə hissə sənədlərinin qiymətidir.
Professor Fiona Li və onun kolleqaları bu məlumatları əldə edə bilmək üçün 14 müxtəlif şirkətin 21 illik hesabatlarını oxuyurlar. Hansı şirkətlər ki, zəif performansın səbəbini öz strateji qərarlarında görür, onlar 1-ci qrupa; hansılar ki, kənar təsirləri əsas mane yaradan faktor kimi qeyd edir, onlar da 2-ci qrupa aid edilirlər.
Nəticələr isə yenə də maraqlıdır. Birlikdə baxaq.
Hesabatdan sonrakı periodda 1-ci kateqoriyaya aid markaların stok qiymətlərində 2-ci kateqoriyadakı markaların stok qiymətlərinə nisbətən ciddi şəkildə çox artım müşahidə olunur.

Fiona Li iddia edir ki, neqativ hadisələr üçün özlərini məsul görən markalar alıcılar və investorlarda edilən səhvlərə baxmayaraq vəziyyətə daha yaxşı nəzarət edirmiş təəssüratı yaradır və bu da onlar haqqında daha çox müsbət fikir formalaşmasına kömək edir.
Başqa sözlə, müştərilər hər hansı bir markanın bəzən xətalar etməsini normal qarşılayır. Həmin qurum bu xətaları qəbul etdikdə isə, onlar həmin markanın edilən səhvləri görməsi, ona hakim olması və onu həll etməyə çalışması kimi qəbul edirlər.
Digər tərəfdən isə zəif performansı iqtisadi böhran, siyasi vəziyyət, xammal çatışmazlığı, maliyyə bazarı, əmək bazarı və s. kimi xarici faktorlarda axtaran markalar isə problemi həll etmə qabiliyyətindən məhrum olma alqısı yaradır və bu da həmin markanın reputasiyasının düşməsinə səbəb olur.
Şəxsi və ya korporativ markanız üçün yaxşı reputasiya yaratmaq istəyirsinizsə, mühafizəkar olmayın, uğursuzluqları, səhvləri gizlətməyə, inkar etməyə çalışmayın. Onları qəbul edin və vəziyyətə daha çox hakim olun! Auditoriyanız bunu dəyərləndirəcək, sizə daha çox etibar edəcək və reputasiyanız daha da güclənmiş olacaq.
Yəni, axırda qazanan elə “günahkar” özü olur. Onu kənarda axtaracağınıza, o özünüz olun və siz qazanın.
Lakin bu o demək deyil ki, siz şəxsi və ya korporativ markanızla bağlı yaranan hər bir səhvi hədəf auditoriyanız ilə bölüşməlisiniz. Onlar hər uyğun olmayan məlumatı görməyə həvəsli deyillər. Bunu həmişə nəzərə alın, uğursuz nəticələri kommunikasiya edəndə belə seçici olun.
Müəllif: Anar Əskərov, PR üzrə mütəxəssis
PR üzrə 10 ildən çox təcrübəsi olan Anar Əskərovun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək müştərilərinə öz brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 15 saat sonra
-
- 11 saat sonra
-
5 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
6 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
6 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb

















.jpg)






.jpg)
