“Restrukturizasiya üçün müddətin artırılması vətəndaşlara əlavə imkan vermiş olar”
Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Hazırda son aydır.
Prezident Fərmanına əsasən vətəndaşlar üçün kifayət qədər böyük həcmdə güzəştlər nəzərdə tutulub. Belə ki, vətəndaşın banka olan və hazırki vaxtadək hesablanmış, faiz və cərimələri eyni zamanda məhkəmə xərcləri də daxil olmaqla bütün məbləğlər bağışlanır, heç bir komissiya və rəsmiləşmə xərci tutulmadan 5 il müddətinə, illik 1%-lə və ilk 12 ay isə yalnız faiz borcunu ödəmə şərtləri ilə kredit yenidən rəsmiləşdirilir.
"Bank of Baku" ASC-nin sahə direktoru Tural Məmmədovun "Marja"ya bildirib ki, Fərman ilə müəyyən edilmiş müddətin uzadılması olmayan vətəndaşlara əlavə imkan vermiş olar:
“Müştərilərin bankda olan əlaqə vasitələrinin sonradan dəyişilməsi, bəzi vətəndaşların qeydiyyatda olduğu ünvanda faktiki yaşamaması və hazırki yaşayış üvanının bizə məlum olmaması, bəzilərinin xaricdə olması, vəfat etməsi və s. bu kimi bankdan asılı olmayan bəzi səbəblərə görə vətəndaşların hamısı ilə əlaqə saxlamaq və dəvət etmək mümkün olmur. Bir qisim müştərilərə isə dəfələrlə məlumat verilməsinə baxmayaraq gələcəklərini bidirsələr də, hələ də banka hər hansı bir müraciət etməyiblər. Ümid edirik müddətin sonunadək onlar da yaxınlaşıb, yaradılmış bu güzəştlərdən faydalanarlar.
Hesab edirəm ki, restrukturizasiya layihəsinin icrası ilə bağlı 7-8 ay aralığında olan müddət bu layihənin icrası və vətəndaşların hamısının müraciət etmələri üçün kifayət qədər geniş müddət idi. Lakin müəyyən edilmiş müddətin artırılması hər hansı bir obyektiv səbəbdən banka muraciət etmək imkanı olmayan vətəndaşlara əlavə imkan vermiş olar”.
Tural Məmmədov ilə geniş müsahibəni buradan oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi






















