""ASAN Railway” unikal ideyadır və onu brendləşdirə bilərik"
Gələn ildən dəmir yolu nəqliyyatında “ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi istiqamətində pilot layihə həyata keçiriləcək. Bununla da kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahət təmin ediləcək.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, "ASAN Railway” konseptual olaraq unikal ideyadır: "İnkişaf etmiş ölkələrdə bunun hansısa elementləri var. Lakin Azərbaycanda bu konsepsiyanın bu şəkildə tətbiq olunması bir nou-hao hesab oluna bilər. Faktiki olaraq, söhbət iki nəqliyyat növünün inteqrasiyasından gedir".
"Bildiyimiz ki, bu gün Bakıətrafı qəsəbələri əlaqələndirən sürət qatarı şəbəkəsi qururlur. Bu, müəyyən mənada həmin istiqamətlərdə hərəkət edən sərnişinləri dəmir yolunda mövcud olan hərəkət cədvəlindən asılı vəziyyətdə saxlayır. Ola bilsin ki, bu hal hamının ürəyincə deyil. Məsələn, müəyyən saatlarda Sumqayıtdan Bakı istiqamətində toya gələn şəxslər olur. Lakin həmin müddət pik saatlarına təsadüf edir və avtomobil yolunda hərəkət çətinləşir. Belə olan halda “ASAN Railway” sifariş oluna bilər. Bu zaman sərnişinlərin hər hansı qrafikə bağlı olmadan, arzuladığı vaxtda bu xidmətdən yararlanması "ASAN Railway"in üstün cəhəti sayıla bilər.
Digər bir məsələ ondan ibarətdir ki, buna bənzər komponentlər başqa ölkələrdə olsa da məhz bu formatda deyil. Bu mənada onu brendləşdirə və bu təcrübəni digər ölkələrə transfer edə bilərik. Biz bunun nümunəsini "ASAN Xidmət"də görürük. Bu xidmət faktiki olaraq Azərbaycan brendidir və digər ölkələr bu təcrübədən yararlanmağa can atır",- ekspert vurğulayıb.
Xatırladaq ki, bu il dekabrın 13-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”), "Azərbaycan Dəmir Yolları" QSC və “İdrak Texnoloji Transfer” MMC arasında "ASAN Railway" layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memarandumu imzalandı. Bütün sınaqlardan keçdikdən sonra 2020-ci ilin sonlarında ilk prototip hazırlanacaq və pilot layihə olaraq istifadəyə veriləcək. Qatarın detallarına qədər burda istehsalı təşkil olunacaq, layihənin digər ölkələrdə də tətbiqi gözlənilir. "ASAN Railway" vasitəsilə həm sərnişin daşıma xidməti, həmçinin yükdaşımalar həyata keçirilə bilər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























