Prezidentdən Kamran Nəbizadəyə irad - "Sizin göstərici MKT-dən aşağıdır"
Xəbər verdiyimiz kimi, Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
"Marja" xəbər verir ki, müşavirədə “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə də çıxış ediblər.
Rövşən Həsənov çıxışında bildirib ki, “MKT İstehsalat Kommersiya” MMC pambıqçılığın inkişafında qarşıya qoyulan hədəfləri uğurla yerinə yetirməkdədir: "Belə ki, cari ildə 10 min fermerlə bağlanmış müqavilə əsasında 45 min 763 hektar sahədə pambıq əkilib, tədarük mövsümü ərzində kondisiya çəkidə ümumilikdə 145 min 800 ton xam pambıq tədarük edilib. Sizin tapşırığınızı əsas götürərək şirkətimiz yüksək məhsuldarlıq göstəricilərinə nail olmağı hədəfləyib, aqrotexniki tədbirlərin yüksək səviyyədə təşkili və vaxtında yerinə yetirilməsi hesabına hər hektardan 31,9 sentner orta məhsuldarlıq əldə edilib ki, bu, keçənilki nəticədən 4,6 sentner artıqdır".
Kamran Nəbizadə isə bildirib ki, Korporasiyaya daxil olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2019-cu ildə 29 min hektardan 80 min ton xam pambıq yığıb: “Biz ilin əvvəlində hektardan 25 sentnerə yaxın xam pambıq yığmağı proqnozlaşdırmışdıq, artıq bizim nəticəmiz 27,6 sentner təşkil edir”.
Kamran Nəbizadənin çıxışından sonra Prezident ona bir neçə suallar ünvanlayıb və məhsuldarlığın aşağı olduğunu qeyd edib.
Prezident İlham Əliyev: Məhsuldarlıqla bağlı siz deyirsiniz ki, 25 sentner nəzərdə tutulurdu, 27,6 sentner əldə edilib. Ancaq bu, MKT-dən aşağı göstəricidir. Ona görə siz də çalışmalısınız ki, 30 sentnerə yaxınlaşasınız. Çünki bizim əsas tədarükçülər MKT və Azərbaycan Sənaye Korporasiyasının törəmə şirkəti olan “Azərpambıq”dır. Bu iki şirkət birlikdə 225 min ton pambıq tədarük edib, 294 minin 225 min tonunu. Əkin sahələri də 75 min hektardır. Yəni, bizim pambıqçılıqla məşğul olan bu iki şirkətdir, biri dövlət şirkəti, biri özəl şirkət. Rəqəmlər göstərir ki, özəl şirkət məhsuldarlıqla bağlı daha səmərəli işləyir. Bunun, əlbəttə, bir izahı ola bilər ki, “Azərpambıq” indi yeni əsaslarla qurulur, əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Yeni şirkət olaraq əlbəttə ki, müəyyən qədər vaxt lazımdır. Ancaq bu ilin təcrübəsi geniş təhlil edilməlidir, həm müsbət təcrübə, həm də ki, mənfi təcrübə. Müsbət təcrübə ona görə ki, o səviyyəyə çatmamış təsərrüfatlar və rayonlar ümumi məhsuldarlığın səviyyəsinə çatmağa çalışsınlar. Mənfi təcrübə də ciddi təhlil olunmalıdır ki, gələcəkdə bu pozuntulara və məsuliyyətsizliyə yol verilməsin.
Müştərilərin xəbərləri
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 6 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatları- TAM VERSİYA
-
7 saat əvvəl
"Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir"
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Artıq Bratislava Hava Limanından da Bakıya birbaşa uçuşlar açıla bilər"
-
8 saat əvvəl
ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
"Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək" - ƏLİYEVDƏN SLOVAKİYADA BƏYANATLAR
Ən çox oxunanlar
ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb
"Embawood" şirkətinə yeni baş direktor təyin edildi
"KƏPƏZ BOKT" istiqrazları üçün “Ticarətə İcazə” qərarı verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR
Nazirliyin tabeliyindəki 3 elmi istehsalat birliyi ləğv edilib
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO
Azərbaycanda iki TV və internet porvayderi KATV1-ə birləşib



















.jpg)

.jpg)



