"Expresspay" terminallarında “Azəriqaz” smart kart ödənişləri mümkün oldu
® Müştərilərinin rahatlığını düşünən və müştəri məmnuniyyətinin artırılması istiqamətində çalışan Expressbank sürətli və rahat ödəmə terminalları – Expresspay terminallarının ödəniş imkanlarını və xidmət şəbəkəsini daim genişləndirir.
Hökümət Ödəniş Portalı ilə əməkdaşlıq çərçivəsində artıq “Azəriqaz” Smart kart ödənişlərini Expresspay ödəniş terminalları vasitəsilə rahatlıqla həyata keçirmək mümkündür. Smart Kart-ı və yükləmək istədiyiniz məbləği sadəcə terminala daxil edərək balansı artıra bilərsiniz.
Expresspay hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir. Belə ki, müştərilər ipoteka ödənişlərini, yol polisi cərimələrini, vergi, gömrük və s. kimi dövlət rüsumlarını Expresspay terminalları vasitəsilə həyata keçirə bilərlər. Ümumilikdə Expresspay terminalları ilə 300-dən artıq müxtəlif növ servis ödənişi etmək mümkündür.
Xatırladaq ki, Expresspay unikal xidmətdir ki, rahat və çevik ödənişlər üçün həm ödəniş terminalını, həm web saytı, həm mobil əlavəni özündə cəmləşdirir.
Expresspay ödəniş sistemi müştərilərə göstəriləcək xidmətlərin keyfiyyətini artırmaq üçün ödəniş terminallarının xidmətlərinin inkişafı və artımı istiqamətində addımlar atmaqda davam edir
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























