"Mübahisəli borcdan başqa heç bir bu qurumun “Azəriqaz”a borcu yoxdur"
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə olan borcu Azərbaycan Prezidentinin maliyyə dəstəyi sayəsində artıq öz həllini tapıb.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş drektoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “Azəristiliktəchizat”ın “Azəriqaz”a 43 milyon manatdan çox borcu var idi: “Bu borcun 11 milyon manatı köhnə, 32 milyon 700 min manatı yeni yaranmış borc idi. Ancaq artıq bu borc dövlət vəsaiti hesabına tam ödənilib”.
O bildirib ki, Azərbaycanda istilik enerjisinin qiyməti ucuzdur: "Bu qiymət ucuz olduğu üçün “Azəristiliktəchizat” aldığı qazın pulunu ödəyə bilmir. Qurumun yığımında da problemlər yaranırdı. Bu da Prezidentin əhaliyə sosial qayğısı oldu və o bu borcun dövlət tərəfindən ödənilməsini təmin etdi".
O bildirib ki, artıq mübahisəli borcdan başqa heç bir bu qurumun “Azəriqaz”a borcu yoxdur.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























