Toyota-ların qlobal geri çağırılmasının Azərbaycana təsiri şərh edildi
"Toyota" avtomobillərinin Azərbaycanda rəsmi dileri olan "Toyota Bakı Mərkəzi" istehsalçı tərəfindən bir sıra modellərin geri çağırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
"Toyota Bakı Mərkəzi"nin PR meneceri Eldəniz Cəfərov verdiyi məlumata görə, geri çağırılma kampaniyası əsasən istehsal olan avtomobillərin bu və digər bazarlara nəzərdə tutulan spesifikasiyalarına uyğun təşkil olunur.
Qeyd edək ki, ötən gün Rusiya mətbuatında "Toyota Motor" şirkətinin Rusiyada "Highlander", "Land Cruiser Prado", "RAV4" və "Lexus" RX200T, RX350, RX450H modellərində ön şüşə yuyucusunun forsunkalarında aşkarlanan problemlərlə bağlı geri çağırılma kampaniyasını elan etdiyi barədə məlumat yayılıb. Rusiyadakı kampaniya çərçivəsində 80,6 min avtomobil geri çağırılıb.
Digər geri çağırılma kampaniyası isə ABŞ bazarında istismar olan "Corolla" (2011-2019-cu illər), "Matrix" (2011-2013-cü illər), "Avalon" (2012-2018-ci illər) və "Avalon Hybrid" (2013-2018-ci illər) modellərinə şamil olunur ki, məhz bu modellərdə qəza zamanı təhlükəsizlik yastıqlarının açılmaması ilə bağlı elektron nasazlıq aşkarlanıb. Kampaniya çərçivəsində ABŞ-da 2,9 mln. avtomobil, ümumiyyətlə isə, "Toyota Motor" bütün dünya üzrə 3,4 mln. avtomobili geri çağırıb.
E. Cəfərovun sözlərinə görə, "Toyota Motor" şirkəti avtomobil istehsal edib, satışa buraxdıqdan sonra mütəmadi olaraq araşdırmalar, təftişlər aparır və bu işlər hətta bir neçə il keçdikdən sonra belə öz aktuallığını itirmir.
"İstehlakçıların fikrinə uyğun olaraq, onların şikayətləri nəzərə alınır və araşdırılır ki, istehsal olunan avtomobildə hansı xırda çatışmazlıqlar var. Sonradan istehsalçı bu çatışmazlıqları aradan qaldırmaq üçün, əgər hər hansı bir detaldırsa, o detalı öz hesabına dəyişir. Proses neçə baş verir? Avtomobil sahibləri ölkədə fəaliyyət göstərən rəsmi distributor və dilerlərə yaxınlaşaraq avtomobillərində vaxtı ilə keyfiyyətsiz quraşdırılan detalı istehsalçının hesabına pulsuz dəyişdirə bilərlər. Geri çağırılma kampaniyasının əsas mahiyyəti bundan ibarətdir", - deyə E. Cəfərov qeyd edib.
O həmçinin əlavə edib ki, Rusiya və ABŞ bazarlarında elan olunan geri çağırılma kampaniyasının Azərbaycana heç bir aidiyyəti yoxdur. Belə ki, Azərbaycana rəsmi olaraq Avropa spesifikasiyasına uyğun avtomobillər gətirilir.
"Belə bir hal olsaydı "Toyota Motor Europe" bizi bu haqda məlumatlandırardı. Rusiya bazarı tamamilə fərqlidir və avtomobillər məhz bu bazara uyğun olaraq istehsal olunur. Ümumiyyətlə, "Toyota" avtomobilləri hər ölkənin öz spesifikasiyasına uyğun istehsal olunur. Azərbaycana Avropa spesifikasiyasına uyğun avtomobillər gətirilir. Lakin "Toyota" avtomobilləri sahibləri bizim rəsmi veb-səhifəyə daxil olub, xüsusi linkə keçid aldıqdan sonra avtomobillərinin BAN nömrəsini yazıb, nəqliyyat vasitələrində mövcud olan çatışmazlıq barədə məlumat ala bilərlər. Əgər istehsalçının hesabına hər hansı detal dəyişməlidirsə, orada avtomatik olaraq göstərilir. Bu xidmət ölkədə spesifikasiyasından asılı olmayaraq, istismar olunan bütün "Toyota" avtomobillərinə şamil olunur", - deyə E. Cəfərov əlavə edib.
© APA
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
7 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
11 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
12 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
13 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
























