SOCAR: Müqavilə və onun növü haqqında danışmaq hələ tezdir
SOCAR və Rusiyanın "Lukoil" şirkəti arasında imzalanmış Anlaşma Memorandum tərəflərin "Naxçıvan" perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində "Xəzəryanı-Quba" və "Qoşadaş" perspektiv strukturlarını əhatə edən kəşfiyyat bloku çərçivəsində əməkdaşlıq etmək istəyinin və niyyətinin ifadəsidir.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, imzalanan memorandum məcburi olmayan bir sənəddir və konkret danışıqların başlanılması üçün müəyyən prosedur aparılmalıdır.
"Dövlət SOCAR-a danışıqlar aparmaq üçün səlahiyyət verməlidir ki, bundan sonra, əgər şirkətlər arasında konkret maraqlar üzrə razılıq əldə edilərsə, mümkün addımlar atıla bilər", - deyə İ. Əhmədov bildirib.
SOCAR-ın rəsmisi onu da əlavə edib ki, müqavilə və onun növü haqqında danışmaq hələ tezdir: "Hələlik ancaq tərəflərin bu iki struktur istiqamətində əməkdaşlıq etmək istəyi və niyyəti var".
Xatırladaq ki, bu ilin yanvarın 22-də SOCAR və "Lukoil" şirkətləri "Naxçıvan" perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində "Xəzəryanı-Quba" və "Qoşadaş" perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd İsveçrənin Davos şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov tərəfindən imzalanıb.
Qeyd edək ki, "Naxçıvan" perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.
"Qoşadaş" strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 25 d. əvvəl
-
- 28 d. əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
1 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
2 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
2 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir




















