Əvəzləşdirilən ƏDV-nin vaxtının və məbləğinin müəyyən edilməsi
Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinin tələbinə görə, əvəzləşdirilən ƏDV-nin vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt sayılır.
Sərbəst auditor Altay Cəfərov bildirib ki, Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər müəyyən məsələlərə dəqiqlik gətirir. Həmin məsələlərdən biri də ƏDV-nin hesablanması vaxtı ilə bağlıdır. Maddənin yeni redaksiyada qəbul edilməsi aşağıdakı məqamlara aydınlıq gətirib. 1 yanvar 2020-ci il tarixinə kimi ƏDV-nin əvəzləşdirilməsi e-VHF əsasən aparılırdı və əməliyyatın vaxtı 176-cı maddəyə əsaslanırdı. Həmin maddə e-VHF-in təqdim olunması ilə bağlı idi. 2020-ci ildən qüvvəyə minmiş Vergi Məcəlləsində 176-cı maddə ləğv edilib və artıq e-VHF yoxdur. Belə olan halda, əvəzləşməyə əsas kimi elektron qaimə-fakturalar götürülməlidir.
175.1.1-ci maddəyə edilmiş dəyişikliyə əsasən, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilir.
Misal: Tutaq ki, fərdi sahibkar 7 yanvar 2020-ci ildə ƏDV ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118 min manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcı tərəfindən 5 fevral 2020-ci il tarixdə alınmış malın əsas dəyərinin 50 min manatı satıcının bank hesabına, 9 min manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcı tərəfindən malın ƏDV daxil olmaqla tam dəyərinin satıcıya ödənilmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci il tarixdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?
Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, ƏDV-nin əvəzləşdirilməsi vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxtdır.
Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fərdi sahibkar tərəfindən alınmış malların dəyərinin bir hissəsinin və ona mütənasib ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsində ƏDV-nin əvəzləşdirilməsi üçün müəyyən edilmiş şərtlər daxilində, yəni malların alışı zamanı ödənilmiş əməliyyatın dəyəri satıcının bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənildiyindən, 5 fevral 2020-ci il tarixində ödənilmiş ƏDV məbləği fevral ayının ƏDV bəyannaməsində əks etdirilməklə əvəzləşdirilir.
© "Vergiler"
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
5 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib







.jpg)






.jpg)








