Azərbaycanda mehmanxanalar 78%-ə yaxın boş qalıb
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 345,3 min gecələmə keçirilmişdir ki, bu da 2018-ci illə müqayisədə 11,4 faiz çoxdur.
Gecələmələrin 57,7 faizi Bakıda, 9,0 faizi Qəbələdə, 7,9 faizi Qubada, 4,4 faizi Xaçmazda, 3,7 faizi Naftalanda, 2,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Lənkəranda, hər birində 1,0 faiz olmaqla Mingəçevir və Qaxda, 8,6 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 2 milyon 240,9 min olmuşdur ki, bu da ümumi gecələmələrin 67,0 faizini təşkil edir. Gecələmələrin 13,8 faizi Səudiyyə Ərəbistanı, 11,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,9 faizi Rusiya Federasiyası, 6,0 faizi İsrail, 5,9 faizi Hindistan, 5,2 faizi İran, 5,0 faizi Türkiyə, 3,5 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, hər biri üzrə 2,1 faiz olmaqla Qətər və Pakistan, 2,0 faizi ABŞ, hər biri üzrə 1,5 faiz olmaqla Çin və Qazaxıstan, 1,4 faizi İraq, hər biri üzrə 1,1 faiz olmaqla Almaniya və Gürcüstan, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,0 faizi Bakıda, 9,1 faizi Qəbələdə, 3,4 faizi Qubada, 3,0 faizi Naftalanda, 2,9 faizi Naxçıvan Muxtar Respublikasında, 4,6 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci illə müqayisədə 15,9 faiz artaraq 1104,4 minə çatmışdır.
Cari ildə mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 25,2 faiz çox və ya 450,2 milyon manat olmuşdur ki, onun da 66,0 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,8 faizi ictimai iaşə xidmətlərindən, 2,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2019-cu ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 22,1 faiz (2018-ci ildə 20,8 faiz) təşkil etmişdir (ötən il tutumun 77.9%-dən istifadə edilməyib). Bu göstərici Naftalanda 55 faiz, Qubada 44,5 faiz, Qəbələdə 36,6 faiz, Beyləqanda 32,2 faiz, Bakıda 31,8 faiz, Şabranda 24,2 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur. Mehmanxanaların birdəfəlik tutumundan il ərzində istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4 faiz) avqust ayında qeydə alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 9 d. əvvəl
-
- 1 saat əvvəl
-
13 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
15 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
16 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 17 saat əvvəl
-
17 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 7 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”




















