Bakıda yeni Rolls-Royce avtomobili təqdim edildi - FOTOLAR
® 30 yanvar tarixində “Improtex Motors” şirkəti rəsmi olaraq “Black Badge”in ən cəsarətli versiyası olan yeni “Rolls-Royce Cullinan Black Badge”i təqdim etdi.
"Improtex Motors" şirkətinin Baş Direktoru Bayram Yaqubov təqdimat zamanı şərh etdi: "dünyanın ən dəbdəbəli SUV-ı Cullinan Azərbaycanda son dərəcə yaxşı qəbul edilib. Və artıq yeni sərhədləri fəth etmək vaxtıdır: bu gün Cullinan Black Badge səhnəyə çıxır. Rolls-Royce Black Badge – lüks həyat tərzi yaşayanlar müştərilərinin ambisiyalarını və istəklərini əks etdirir. Cullinan Black Badge lüks dünyasını əsrarəngiz tamamilə fərqli bir aləmə aparır.” Və əlavə etdi: ”Əlbəttə ki, Cullinan Black Badge sahiblərinə hər Rolls-Royce'un məşhur olduğu “Uçan Xalça” üzərində gəzintisini təklif edir.”
Rolls-Royce Cullinan'ın sonsuz imkanları simvolik olaraq modelin müxtəlif elementlərində görünən sonsuzluq işarəsində əks olunur. İlk dəfə bu işarə Rolls-Royce mühərriki ilə təchiz edilmiş Sir Malkolm Kempbellin məşhur Blue Bird K3 hidroplan qayığının üzərində tətbiq edilmişdir.
Müştərilər üçün eksteryerin rənginin 44 000 -dən artıq hazır olan palitrası mövcuddur, əgər bu kifayət deyilsə - Rolls-Royce komandası sifarişçi üçün eksklüziv olaraq yeni rəng hazırlayacaq. Lakin Black Badge alıcılarının əksəriyyəti bu seriya üçün xüsusi olaraq yaradılmış qara rəngli avtomobil sifariş etməyə üstünlük verirlər. Boya və lakın çoxsaylı qatlarının hər biri əl ilə cilalanmanın 10 mərhələsindən keçir: bu avtomobil sənayesində birrəngli gövdənin boyanmasının ən mürəkkəb prosesidir.
Yeni model digər “qaranlıq” elementləri ilə də seçilir. Xromlanmış "Ekstaz ruhu" heykəlciyi qara parıltıyla örtülmüşdür və "RR" nişanı qara fonda gümüşü olmuşdur. Radiator barmaqlığı, yük yerinin qapısının dəstəyi, alt hava götürücü və işlənmiş qaz boruları qara xrom ilə örtülmüşdür.
Xüsusi Cullinan Black Badge üçün təqdim olunan 22 düymlük yüngül lehimli disklər modeli daha da cəsarətli göstərir. Lüks yolsuzluq avtomobilində ilk dəfə olaraq rəngli əyləc altlıqları tətbiq edilib. Qırmızı boya onlar üçün xüsusi olaraq hazırlanmışdır: bir tərəfdən, həddindən artıq yüksək temperaturlara tab gətirməlidir, digər tərəfdən parlaq struktura malik olmalıdır və Black Badge-nin ümumi görünüşünə ahəngdar şəkildə uyğunlaşmalıdır.
Rolls-Royce Cullinan Black Badge modelinin interyerindəki yenilik dekorativ panellərin arxitekturadakı müasir trendlərdən ilham alınaraq yaradılmış geometrik naxışı və üçölçülü effekti olan karbonla tərtib edilməsidir. Hər bir elementi 6 lak qatı ilə örtüb 72 saat ərzində qurumasını gözləyirlər, sonra isə əllə güzgü parlaqlığına qədər cilalayırlar. Krossoverin tavanı qara dəri ilə örtülür və ulduz yağışı effektini təmin edən 1344 fiber optik işıq diodlarından ibarət “gecə səması” ilə bəzədilir. İlk dəfə olaraq, Cullinan modelinin salonunu “Forge Yellow” rəngli dəri ilə tərtib edilibdir. Və sonunda - avtomobilin arxa oturacağında naxışlanmış sonsuzluq işarəsidir. Rəmz eyni zamanda Rolls-Royce müştərilərinə avtomobilinin sonsuz imkanlarını xatırladaraq ön paneli, kandarı və saat üzərini bəzəyir.
Black Badge ailəsinin bütün modelləri kimi, Rolls-Royce Cullinan-ın “qaranlıq” versiyası da dəyişilmiş dinamik göstəricilərlə fərqlənir. Cullinan Black Badge modelinin kapotunun altında 6,75-litrlik iki turbokompressorlu V12 mühərriki yerləşir. Mühərrikin gücü 571 a.g.-dən 600 a.g.-nə, fırlanma anı isə 850 Nm-dən 900 Nm-ə qədər artırılıb.
Təqdimat vaxtı Avropa (Şərq) və Mərkəzi Asiya Korporativ Kommunikasiyaları üzrə direktoru Frank Tiemann, 2019-cu ildə Azərbaycanda satış rəqəmlərinin yeni bir yüksəkliyə çatdığını təsdiqlədi və “Rolls-Royce Motor Cars Baku”nun satış rekordunu qeyd etdi.
Frank Tiemann qeyd etdi: "əmin olun ki, biz həcmi təqib etməyəcəyik və böyük avtomobil okeanında qiymətli kiçik bir damla qalacağıq: bu, əsl dəbdəbənin və müştərilərimizin tam haqqı ilə gözləməsinin bizim anlayışımızdır.
Qeyd edək ki, bir il əvvəl “Rolls-Royce Motor Cars Baku” şirkəti 2018-ci ildə satış göstəricilərinə görə dünyanın 130 Rolls-Royce dilerlərini qabaqlayaraq nüfuzlu “Global dealer of the Year” mükafatı ilə təltif edilmişdir.
“Improtex Motors” haqqında:
“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, və “YAMAHA” motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 41 d. əvvəl
-
- 53 d. əvvəl
-
55 d. əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 20 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
21 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
21 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























