“Kapital Bank”ın rekord mənfəəti bölüşdürüləcək - YIĞINCAQ
1 aprel 2020-ci il tarixində “Kapital Bank” ASC-nin baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (Bakı, M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
“Marja” Bankın elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Kapital Bank” ASC-nin 2019-cu ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması.
2. “Kapital Bank” ASC tərəfindən 2019-cu ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi.
3. Digər məsələlər.
Qeyd edək ki, “Kapital Bank” ASC-nin 225 milyon 850 min manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat olan 18 228 410 ədəd səhmdən ibarətdir. Səhmlərin 1 614 205 ədədi illik gəlirlilik dərəcəsi 15% təşkil edən imtiyazlı səhmlərdir. Belə səhmə sahib olanlar səhmdar cəmiyyətinin mənfəət əldə edib-etməməsindən asılı olaraq faiz gəliri əldə edirlər.
“Kapital Bank”ın nizamnamə kapitalının 99,87%-i “PAŞA Holdinq” MMC-yə, 0,13%-i fiziki şəxslərə məxsusdur.
Xəbər verdiyimiz kimi, “Kapital Bank” ASC 2019-cu ili 134 milyon 708 min manat xalis mənfəət ilə başa vurub. Bu, Bankın idiyədək əldə etdiyi ən yüksək illik xalis mənfəətdir.
Dividend Bankın xalis mənfəətinin səhmdarlar arasında onların sahib olduqları səhmlərin sayına mütənasib surətdə bölüşdürülməsi üçün nəzərdə tutulan hissəsidir. Bankın əldə etdiyi xalis mənfəətin müəyyən hissəsi Səhmdarların Ümumi yığıncağının qərarına əsasən Bankın səhmdarlarına dividend şəklində ödənilir.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























