Hər gün 1 müqavilə bağlayan mühafizə şirkəti – BU İL QAZANCI 1 MİLYONU AŞIB
Marja-nın satınalmalar portalından topladığı məlumata görə, “Alov Mühafizə” MMC şirkəti 2020-ci ilin ötən dövrü ərzində 32 tenderdə qalib olub və şirkət cəmi məbləği 1 milyon 218 min 845 manat olan 32 müqavilə bağlayıb. Yeni il bayarmı günlərini çıxsaq şirkət hər gün orta hesabla 1 müqavilə bağlayır.
Diqqəti çəkən 32 müqavilədən 17-sinin hər birinin məbləğinin 36 min 300 manat olmasıdır.
Əsasən, Təhsil Nazirliyinə bağlı gimnaziyalar, peşə məktəbləri, məktəb-liseylər, kolleclər, internat məktəbləri, idman məktəbləri mühafizə xidmətini “Alov Mühafizə” MMC-yə həvalə edirlər.
“Alov Mühafizə” MMC 2019-cu ildə büdcədən maliyyələşən təşkilatlar ilə 100-dən çox müqavilə bağlayıb. Ötən il bağlanılmış müqavilələrin böyük hissəsini 26 min 400 manatlıq və 29 min 40 manatlıq müqavilər təşkil etmişdi. Bu il bağlanılmış müqavilərin böyük hissəsinin 36 min 300 manatlıq olması şirkətin qiyməti qaldırdığına işarədir.
“Alov Mühafizə” MMC ən böyük məbləğli (132 min manat) müqaviləni Azərbaycan Texniki Universiteti ilə bağlayır. Universitetin tədris binalarının mühafizəsi “Alov Mühafizə” şirkəti tərəfindən həyata keçirilir.
Qeyd edək ki, "Alov Mühafizə” Xidməti "Riyad Mühafizə” Xidmətinin bazasında yaradılıb.
"ALOV MÜHAFİZƏ"DƏN AÇIQLAMA
“Alov Mühafizə” MMC-nin hüquq şöbəsinin hüquqşünası Süleyman Əliyevin "Marja"ya təqdim etdiyi məlumatda bildirilir ki, xəbərdə qeyd edilənlər həqiqtə uyğun deyil.
"Hər gün 1 müqavilə bağlayan mühafizə şirkəti – BU İL QAZANCI 1 MİLYONU AŞIB" başlığı ilə yayımladığınız “Alov Mühafizə” MMC şirkəti 2020-ci ilin ötən dövrü ərzində 32 tenderdə qalib olub və şirkət cəmi məbləği 1 milyon 218 min 845 manat olan 32 müqavilə bağlayıb. Yeni il bayarmı günlərini çıxsaq şirkət hər gün orta hesabla 1 müqavilə bağlayır" kimi yazılar, “Alov Mühafizə” MMC-nin hüquq şöbəsinin hüquqşünası olaraq diqqətinizə çatdırıram ki, əvvəla həqiqtə uyğun deyil. Eləcə də diqqətinizə çatdırmaq istəyirəm ki, həm kommersiya sirri haqqında həm KİV haqqında Azərbaycan Respublikasının Qanunlarının müvafiq maddələrinə əsasən “Alov Mühafizə” MMC-nin münasibəti öyrənilmədən mətbuatda yayımlanması yolverilməzdir.
Bilməlisiz ki, məlumatınız hüquqi şəxsin işgüzar nüfuzuna xələl gətirir onun barəsində həqiqətə uyğun olmayan, mənfi fikir formalaşdırır. Ona görə də “Alov Mühafizə” MMC-nin münasibəti öyrənilmədən belə mənşəyi bilinməyən məlumatları yaymamağınızı, yuxarıda qeyd olunan məlumatı təkzib etməyiniz tələb edirik.
Onuda diqqətinizə çatdırıram ki, “Alov Mühafizə” MMC "RİYAD"-MX-nin bazasında yaradılmayıb".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























